Yuxarı

Azərbaycanın dünyadakı “səsi” vəfat etdi... - Tanınmışlar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın dünyadakı “səsi” vəfat etdi... - Tanınmışlar

Azərbaycanlı jurnalist və publisist, “Azadlıq” radiosunun Azərbaycan bölməsinun uzun illər rəhbəri işləmiş Mirzə Xəzərin vəfatı ictimaiyyətdə böyük üzüntü ilə qarşılanıb. Ölkənin tanınmış simaları Mirzə Xəzərlə bağlı fikirlərini bölüşüblər.

Kult.az onlardan bəzilərini təqdim edir:

Xalq şairi Sabir Rüstəmxanlı:

“Dünyada səsimiz eşidilməyəndə “Azadlıq” radiosunda Mirzə Xəzərin səsi azərbaycanlıların haqq səsi kimi yayılırdı. Meydan hadisələri, Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycanın öz torpaqları uğrunda mübarizəsi, Ermənistanın işğalçılıq siyasətinə qarşı xalq hərəkatının güclənməsi o dövrdə Mirzə Xəzərin səsi vasitəsi ilə dünyaya çatdırılırdı”.

Türkiyəli yazar Orxan Aras:

1990-cı ildə Azərbaycanın Avropadakı səsi olan Mirzə Xəzər bu il fevralın 2-də vəfat edib.

Əməkdar jurnalist Rauf Mirqədirov:

Mirzə Xəzərin adı Azadlıq hərəkatımızın və jurnalistikamızın tarixinə qızıl hərflərlə yazılıb. Allah rəhmət eləsin!

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz:

1989-90-cı illərdə hər bir ailədə ya “Okean”, ya da VEF radioqəbulediciləri vardı. Və hamı bəlli vaxtlarda bu radioların ətrafına toplanardı. Biz bu radioların qısa dalğalarında “Azadlıq” radiosunu və Mirzə Xəzəri axtarırdıq. İndiki zamanda Azərbaycanla bağlı həqiqətləri hər yerdə, sosial mediada, elektron mediada, ənənəvi mediada və hətta müxtəlif qlobal informasiya resurslarında ölkəyə və dünyaya çatdırmaq mümkündür. O zaman Azərbaycanın “sosial mediası” yalnız o idi.

Qeyd edək ki, Mikayılov Mirzə Kərim oğlu (Mirzə Xəzər) 1947-ci il noyabrın 29-da Göyçay şəhərində anadan olub. 1974-cü ilin iyun ayında SSRİ-ni tərk edib və İsrailə mühacirət edib. 1976-cı ilin avqust ayında “Azadlıq” radiosunun Azərbaycan redaksiyasına işə götürülüb. 1979-1985-ci illərdə “Azadlıq” radiosu Azərbaycan redaksiyasının redaktor müavini vəzifəsində çalışıb. 1985-ci ilin oktyabr ayında Amerika Birləşmiş Ştatlarına köçüb və Vaşinqtonda “Amerikanın səsi” radiosunun Azərbaycan bürosunun rəhbəri vəzifəsində işləməyə başlayıb.

O, “Mirzə Xəzərin Səsi” radiosunun rəhbəri olub. Mirzə Xəzərin Azərbaycana ən önəmli xidmətlərindən biri də 1990-cı il 20 Yanvar faciəsi zamanı sovet qoşunlarının Bakıya yeridildiyi və respublikanın informasiya blokadası yaşadığı bir zamanda “Azadlıq” radiosunun efirindən baş verənlərlə bağlı ictimaiyyəti məlumatlandırması olub.

Mirzə Xəzər fevralın 2-də Almaniyada 73 yaşında dünyasını dəyişib.

Tarix
2020.02.03 / 14:46
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

BTQ istismara verildi

Enerji strategiyası ölkənin inkişaf modelini formalaşdırdı

Ankara-İrəvan yaxınlaşması nə vəd edir? – “Stratfor”

İlham Əliyev İtaliya prezidentini təbrik etdi

İran bu 3 tələbdən çəkilməyəcək – Türk general

Tramp onu Azərbaycana səfir göndərmək istəyir

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

Azərbaycan XİN İtaliyanı təbrik etdi - Foto

Regional enerji əməkdaşlığının yeni mərhələsi formalaşır

Qərb və Rusiya Ermənistanda 7 iyunda “yarışacaq”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla