Yuxarı

Cənab Prezident, kövrəldim... - Bülbüloğlu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cənab Prezident, kövrəldim... - Bülbüloğlu

Böyük şərəfdir, çox sağ olun, cənab Prezident, minnətdaram. Çox böyük şərəfdir, çox sağ olun. Heydər Əliyevin adı bilirsiniz ki, mənim üçün çox əzizdir. Çox sağ olun, cənab Prezident, kövrəldim.

Kult.az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Prezident İlham Əliyev tərəfindən "Heydər Əliyev" ordeni ilə təltif edilməsi barədə danışarkən bildirib.

"Siz çox düzgün qeyd etdiniz ki, Azərbaycanın, bizim vətənimizin ən çətin vaxtında 10 il ulu öndər Heydər Əliyevlə işləmək bir nazir, ümumiyyətlə, bir xadim kimi mənim üçün çox böyük məktəb oldu. O illəri, görüşləri tez-tez yada salıram. Baxmayaraq ki, çətin idi, bizim Böyük Öndərimiz mədəniyyətə həmişə diqqətlə yanaşırdı. İnanın ki, bu günlərdə biz Filarmoniyada məşq aparırdıq, Moskvadan baş dirijorumuz gəlib. Orada mənim yadıma düşdü, danışdım, Filarmoniya təmir olunanda Ulu Öndər kreslolara qədər maraqlanırdı ki, necə olacaq, nə olacaq, hansı rəngdə olacaq, çox diqqətli idi. Çox düz buyurdunuz, hətta vəsait olmayanda şəxsən mənə, ümumiyyətlə, mədəniyyət sahəsinə, mədəniyyət adamlarına onun diqqəti hər bir vəsaitdən artıq idi. Sənət adamları bunu bilirdi ki, cənab Prezident, onlara çox böyük diqqətlə yanaşır. Siz də atanızın yolunu davam etdirərək Azərbaycan üçün çox işlər gördünüz. Mən son günlər Bakıdayam, Azərbaycandayam. Qonaqlar gəlir, inanın ki, bizim bu yeni küçələri, binaları, - qədim Bakı da saxlanılıb, - görəndə hamı Bakıya heyran olur. Bunlar hamısı Sizin, Mehriban xanımın diqqəti sayəsindədir. Mən Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Amma cənab Prezident, bu, mənim üçün çox böyük mükafatdır, çox böyük", - P.Bülbüloğlu söyləyib.

Tarix
2020.02.03 / 20:13
Müəllif
Kult.az
Digər xəbərlər

Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan

İlham Əliyev iki ölkə liderini təbrik etdi

Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

İlham Əliyevin bu il ərzində iştirak etdiyi tədbirlərin sayı - Foto

Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Sadiqik!

Vətən müharibəsində xalq buna şahid oldu - Deputat

İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Lavrov Azərbaycan səfirini niyə qəbul etmir? - Qapalı müzakirə

2026-da Azərbaycan və Rusiya əlaqələri necə olacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla