Yuxarı

Allahverdi Bağırovun heykəli burada qoyulacaq - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Allahverdi Bağırovun heykəli burada qoyulacaq - Foto

Milli Qəhrəman Allahverdi Bağırovun heykəlinin ərsəyə gəlməsinə 5 aydan çox vaxt sərf etmişəm.

Bu sözləri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) tələbəsi Elxan Zeynalov Milli Qəhrəman Allahverdi Bağırovun heykəlini hazırlaması haqda Kult.az-a danışarkən deyib. O, ADRA-nın rektoru akademik Ömər Eldarovdan müsbət rəy aldığını deyib:

“Heykəlin Ağdamda qoyulması təklif edilib. Bu təklif Qarabağ Qazilər Birliyinin Xətai rayon təşkilatının sədri İlham Həsənovdan gəlib. Heykəlin hazırlanmasında istifadə olunan bütün materiallar ADRA tərəfindən qarşılanıb. Amma sonradan İlham Həsənov tərəfindən kart hesabı açılıb, Ağdam camaatının yardımı ilə heykəlin qəlibə getməsi, qəlibdən çıxması, postament üçün pul yığılıb. Artıq Ağdamın icra başçısı ilə də görüşülüb və heykəlin gələn ay Ağdam rayonu ərazisində qoyulması planlaşdırılır”.

Qarabağ Qazilər Birliyinin Xətai rayon təşkilatının sədri İlham Həsənov isə saytımıza açıqlamasında heykəlin Ağdamın Quzanlı kəndində, Şəhidlər Xiyabanında qoyulmasının nəzərdə tutulduğunu deyib:

“Mən fevralın 15-i yenidən Ağdam rayonuna gedib, icra başçısı ilə görüşməyi düşünürəm. Həmin zaman dəqiq ərazini müəyyənləşdirəcəyik. İlkin versiyaya görə, heykəl Quzanlı kəndindəki Şəhidlər Xiyabanında qoyulacaq”.

Qeyd edək ki, bir qədər əvvəl sosial şəbəkələrdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) tələbəsi Elxan Zeynalov Milli Qəhrəman Allahverdi Bağırovun heykəlinin hazırlaması haqda məlumat yayılıb.

Tarix
2020.02.06 / 13:19
Müəllif
Səidə Vahid
Digər xəbərlər

Azərbaycan müdafiə xərclərini nə qədər artıracaq?

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

Bu, Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

179 nəfər Avropadan Azərbaycana gətirildi

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla