Yuxarı

Akademik “Türk dünyasında ilin elm adamı” oldu - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun xarici dillərdə nəşr olunan kitablarının M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına təqdimetmə mərasimi keçirilib.

İnstitutdan Kult.az-a verilən məlumata görə, tədbirin təşkilatçıları Mədəniyyət Nazirliyi, Tarix İnstitutu və Milli Kitabxanadır. Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq bildirib ki, kitabxana Tarix İnstitutu ilə sıx əməkdaşlıq edir:

“Hər il Tarix İnstitutunda çap olunan kitablar Milli Kitabxanaya təqdim edilir, kitabxana da onları dünya kitabxanalarına çatdırır. İnstitutda Qarabağın, İrəvanın, Naxçıvanın, soyqırımların və itirilmiş torpaqların tarixi araşdırılaraq, tarixi həqiqəti əks etdirən əsərlər yazılıb. Elmi müəssisə əsərlərin xarici dillərdə nəşr olunması və dünya ölkələrində yayılmasını diqqət mərkəzində saxlayır”.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov çıxışında deyib ki, Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında son illərdə Tarix İnstitutunda 500-ə yaxın tədqiqat əsəri, o cümlədən dünyanın müxtəlif dillərində - rus, ingilis, alman, fransız, ispan, italyan, ərəb, gürcü, fars, erməni və başqa dillərdə kitablar işıq üzü görüb.

Sonda AMEA-nın I vitse-prezidenti yanında fəaliyyət göstərən ictimai elmlər üzrə Elmi Şuranın sədr müavini, akademik Nərgiz Axundova Yaqub Mahmudova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Türk dünyasında ilin elm adamı” beynəlxalq mükafatını və İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən “UN Council for Public Awards” (UNCOPA) təşkilatının “Avropa lideri ulduzu” ordenini təqdim edib.

Yaqub Mahmudova akademiyanın mükafatı 2019-cu ildəki uğurlarına görə, təşkilatın ordeni isə dünya elmi və təhsilindəki xidmətlərinə görə verilib.

Xatırladaq ki, Yaqub Mahmudov bundan əvvəl Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və türk dünyası elmi və təhsilinə verdiyi böyük töhfələrə görə akademiyanın “Beynəlxalq Qızıl Ulduz” medalı və Beynəlxalq Atatürk Mükafatı ilə təltif edilib.

Tarix
2020.02.07 / 23:09
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla