Yuxarı

Koronadan azərbaycanlılara iki mesaj...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koronadan azərbaycanlılara iki mesaj...

Koronavirus dünyanın 120-dən çox ölkəsinə hücum edib, milyonları olan məşhur simaları, dünya siyasi sisteminə təsir edən şəxsləri öz əsarətinə alıb. Amma səfalət içində yaşayan əksər Afrika ölkələrindən uzaq gəzir.

Qəribədir, sən dünya nizamını dəyişdirəsən, qızıl hamamlarda süd vannası qəbul edəsən... və daha sonra bir virus gəlib bütün bu əyləncəni, təmtəraqlı həyatını gözündən gətirə. Paralel olaraq isə səndən bir neçə min kilometr aralıda aclıqdan ölən, palçıq yeyən afrikalı uşaqlardan uzaq gəzə...

Afrikada bu gün bir stəkan suya həsrət insanlar var. Bu o Afrikadır ki, ərazisində almaz, neft yataqları olub, yüksək keyfiyyətə malik çay və qəhvə sahələri, ekzotik təbiəti var. Amma bütün bunları Qərb ölkələri yüzillərlə yağmalayıb: istər Afrika ölkələrinin Qərbin müstəmləkəsi olduğu vaxtlarda, istərsə də indi.

Təbii, burada İlahi ədalətdən bəhs etmək istəmirəm. Amma ortada bir fakt var: Afrika bu gün korona təhlükəsindən (hələ ki) yan keçir. Əvəzində isə əsrlərlə Afrikanın sərvətini talayan Qərb dünyası ölümlə əlləşir, qorxu içindədir. Afrikadan yığdığı milyonlar, oğurladığı qızıl külçələr Qərbə kömək etmir.

Koronavirusun adında da qəribə bir mistika var. “Korona” “tac” deməkdir və tac daha çox varlı, hökmran təbəqəni simvolizə edir. Koronavirusdan da əsasən hökmran ölkələr əziyyət çəkir.

Ümumiyyətlə, bu virus insanlığa bir çox şeyi xatırlatdı, amma onlardan ikisi daha önəmlidir:

1. İnsan bu kəhkəşanda toz zərrəsidir.

2. Kəfənin cibi yoxdur.

Xəbərləri oxuyuruq: bir ilə 100 milyon dollardan çox qazanan məşhurların virusa yoluxduğu, karantin şəraitində olduğu deyilir. Bu, əslində, bizim cəmiyyətə də mesajdır. 50 manatdan ötrü bir-birini didən, qara yaxan, ayağının altını qazan insanlarımız baxıb görsünlər ki, əldə etmək üçün hər cür murdarlıq, şəxsiyyətsizlik etdikləri pul əslində bir xəstəliyin qarşısında mat vəziyyətindədir.

Qəribədir, antik dövrdə də, orta əsrlərdə də epidemiya və pandemiyalar olub, milyonlarla insan ölüb. Amma bəşəriyyət bu tarixi faktlardan dərs çıxarmır. Görünür, insanlıq koronavirusdan da təhlükəli xəstəliyə yoluxub.

Ümid edək ki, koronavirus bu dəfə insanların mənəvi xəstəliklərini sağaldacaq.

Tarix
2020.03.14 / 00:05
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Türk ölkəsində seçki: Rusiya “rusdilli əhali”dən narahatdır

Zəngəzur dəhlizinin tərkib hissəsi olan Həkəri... - Video

Azərbaycanlıların gəlməsində heç bir problemi yoxdur

Bayramov Siyarto ilə görüşdü

“Biz” deyirəm – yəni Azərbaycanla Ermənistan...

Hikmət Hacıyevdən Zəngəzur dəhlizi ilə bağlı sevindirici xəbər

Azərbaycan İranla quru sərhədini açır? - Arakçı

Monteneqroda saxlanılan azərbaycanlı sərbəst buraxıldı

Bayramov Maka Boçorişvili ilə görüşdü

Monteneqro Ombusdmanı azərbaycanlı ilə bağlı hərəkətə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla