Yuxarı

Almaniya tarixində ən isti gecə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniya tarixində ən isti gecə...

Almaniyada davam edən isti hava dalğası fonunda ardıcıl üçüncü gündür ki, ölkə üzrə rekord temperatur qeydə alınır.

Axar.az xəbər verir ki, Almaniya Meteorologiya Xidmətinin (DWD) məlumatına görə, ölkənin Polşa ilə sərhədində yerləşən Koşen qəsəbəsində havanın temperaturu 41,7 dərəcə təşkil edib. Bu, indiyədək ölkədə ölçülmüş ən yüksək temperaturdur.

İyunun 26-da Saarbrüken əyalətində 41,3, ötən gün isə Saksoniya-Anhalt əyalətində 41,5 dərəcə qeydə alınıb. Əvvəlki rekord göstərici 2019-cu ilin iyulunda Şimali Reyn-Vestfaliya əyalətinin Tönisforst və Duysburq-Baerl şəhərlərində olub - 41,2 drəcə.

Qeyd edək ki, ötən gecə də Almaniya tarixinə ən isti gecə kimi düşüb. Saksoniya əyalətinin Bautsen rayonundakı Kubşüts yaşayış məntəqəsində gecə havanın temperaturu 29,4 dərəcə təşkil edib. Bununla da 2003-cü ilin avqustunda Reynland-Pfalts əyalətinin Vaynbit bölgəsində qeydə alınmış 27,2 dərəcəlik əvvəlki rekord yenilənib.

Havanın bazar ertəsindən etibarən tədricən sərinləşəcəyi və əksər bölgələrdə 30 dərəcədən aşağı düşəcəyi proqnozlaşdırılır.

Tarix
2026.06.28 / 19:59
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?

Yeddi körpənin yanaraq öldüyü mərkəzlə bağlı yeni xəbər

Erməni terrorçuların məhkəməsi: hakimlər müşavirəyə getdi

Samir Şərifova yeni vəzifə verildi

Prezidentdən Qırğızıstan səfəri ilə bağlı - Video

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Hüseyn Həsənov 6 il müddətinə həbs oluna bilər

Baş nazirdən bu avtomobil nəqliyyatı ilə bağlı qərar

Mehriban Əliyeva "Altın-Balalık" mərkəzində...

Liderlərin Çolpon-Ata şəhərində qeyri-rəsmi görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla