Yuxarı

Korona ilə bu yolla mübarizə aparın - 3 istiqamət

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Korona ilə bu yolla mübarizə aparın - 3 istiqamət

Tənəffüs infeksiyaları ilə yoluxma və xəstələnmə halları havaların soyuq olduğu fəsillərdə daha çox müşahidə edilir. Yoluxma daha çox aerogen, yəni hava-damcı və hava-toz yolu ilə, eyni zamanda çirklənmiş yerlərə təmasla baş verə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov koronavirusdan qorunmaq yolları haqda danışarkən deyib.

Həkim bildirib ki, bu kimi viruslarla sistemli şəkildə mübarizə aparmaq lazımdır:

“Koronavirus və digər tənəffüs infeksiyaları ilə mübarizə 3 istiqamətdə aparılmalıdır.

Birincisi infeksiya mənbəyinə qarşı aparılan mübarizə tədbirlərini əhatə edir. Bunun üçün müvafiq tənəffüs infeksiyası olan xəstələrin izolyasiyası və hospitalizə edilərək müalicə edilməsi, infeksiya ocağının dezinfeksiyası lazımdır.

İkincisi infeksiyanın ötürülmə yoluna qarşı görülən tədbirlərdir. Bu zaman yoluxmadan qorunmaq üçün şəxsi gigiyena qaydalarına ciddi əməl edilməsi, qoruyucu maskalardan istifadə edilməsi və s. zəruridir.

Nəhayət, üçüncü istiqamət - yoluxmuş şəxslərin xəstələnməməsi üçün orqanizmin immun qabiliyyətinin artırılması məqsədilə görülən tədbirlərdir”.

R.Bayramov bildirib ki, üçüncü istiqamət daha vacibdir, çünki tənəffüs infeksiyalarına yoluxmaqdan qorunmaq o qədər də asan deyil:

“Tənəffüs infeksiyalarına yoluxmuş şəxslərin az bir hissəsi xəstələnir. Bunlar xüsusilə immun sistemini zəiflədən xəstəliyi olan insanlardır. Ona görə də bu məsələdə orqanizmin immun statusunun rolu böyükdür.

Tənəffüs infeksiyaları ilə mübarizədə orqanizmin immun sisteminin normal olması üçün balanslaşdırılmış qidalanma (xüsusilə C vitamini ilə zəngin təbii qidaların qəbulu), normal yuxu rejimi, idmanla məşğul olmaq, açıq havada olmaq, soyuqdan qorunmaq, stress və təşvişdən uzaq olmaq vacibdir”.

Tarix
2020.03.18 / 08:30
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bakının işğaldan azad edilməsi: XİN paylaşım etdi

Mask dəstəklədi, amma bunu yavaşlatmaq mümkün deyil!

ABŞ və Rusiya bu ölkədə savaşa girir - Ekspertdən sensasiya

Hikmət Hacıyev Fərhad Pirinççi ilə görüşdü

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla