Yuxarı

Kainatı yenidən yaratmaq üçün onu məhv edən Şiva...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Talisman" sözünün müzakirəsi zamanı yadıma uşaq vaxtı tez-tez eşitdiyim “şivə” sözü düşdü. Söz Pornaim şivələrində bu biçimdə tələffüz edilir.

Ədəbi dilimizdə isə bu söz “şəvə” adlanır.

Azərbaycan dilinin izahlı lüğətində sözün 3 mənası qeyd olunub:

1. Əqiq (qiymətli daş).

2. Məcazi mənada: qara. Şəvə saç. Şəvə bığ.

3. Qara rəngli iri, qiymətli muncuq; qara kəhrəba

“Şivə” (şəvə) xəstəliklərdən qorunmaq üçün boyundan asılan əşya, daha doğrusu, sehirli təsir gücünə malik olan qiymətli daşdır. “Şəvə”, o cümlədən “həmail” ibtidai magiya və fetişizmlə əlaqədar yaranmışdır.
Fikrimcə, “şivə” sözü "Hind üçlüyü" olaraq bilinən üç ilahın sonuncusu Şivanın adı ilə bağlıdır. Bu söz sanskrit dilində “boz-qara” deməkdir.

Maraqlıdır ki, qara mənasında işlənən “əsvəd” və v-y səs əvəzilənməsi ilə “siyah” sözü də şiva/siva kəlməsi ilə səsləşir. Belə nəticəyə gəlmək olar ki, İran dillərində işlənən şəb/şəv sözü “şəvə”, “siyah” və “əsvad” sözü ilə eyni kökdən yaranmışdır.
Məlumdur ki, qədim azərbaycanlıların Şiva mədəniyyəti ilə heç bir bağlılığı olmamışdır. Bu sözün Sasanilər dövründə dilimizə keçdiyini güman etmək olar.

Onların inancına görə, Brahma kainatın yaradıcısı, Vişnu qoruyucusudur. Şiva isə kainatı yenidən yaratmaq üçün onu məhv edir, pislikləri yox edir. Belə çıxır ki, Şivanı simvolizə edən “şivə”nin magik gücə malik olması da bu inancla bağlı olmuşdur.
İslam dininin yayılmasından sonra bir çox qədim dini inanclar, bütlərə sitayiş, atəşpərəstlik, magiya və s. küfr sayılaraq qadağan edilmişdir. Beləliklə, yüz illər boyu çoxallahlılıq bir inanc sistemi kimi öz dayaqlarını itirmişdir. Türk inancının əsasını təşkil edən təktanrıçı türklər üçün bu proses çətin və ağrılı olmasa da, magik rituallardan xilas ola bilməmişdir. Qədim Azər dilinin qalıqlarını özündə ehtiva edən, o dövrün dil mənzərəsini yaşadan Azərbaycan türkcəsində çox maraqlı söz və deyimlər mövcuddur.
Maraqlıdır ki, islam dininin meydana çıxmasından sonra hakim ideologiyanın təsiri ilə vaxtilə qutsallığı ifadə edən söz və deyimlərə “divan tutulmuş”, tədricən mənfi mənalarda işlədilməyə başlamışdır.

Elə götürək, varsaq, yanşaq, aşıq sözlərimizi.

Varsaq, yanşaq və aşıq sözlərindəki saq/şaq/şıq təsadüfi oxşarlıq ola bilməz.

Fikrimcə, ozan sözü oğuzların, varsaq, yanşaq və aşıq kəlmələri isə sakların adı ilə bağlıdır.

Varsaq türkmən boyununun adıdır. 1250-ci illərdə Ramazanoğulları Bəyliyini yaradan 7 türkmən boyundan (üçoqların bir qolu) biridir. 1517-ci ildə sözügedən Bəyliklə birlikdə Osmanlı himayəsinə keçmişdir. Varsağı şeir forması da bu türk boyunun adından qalmadır.

Biz bu yanaşma ilə ilə ozan sözünün mənşəyinə də aydınlıq gətirə bilirik. Axı ozan sözü varsaq, yanşaq və aşıq kəlməsinin sələfidir. “Us”, “uz”, “gəz”lə əlaqələndirilən ozan sözü Oğuz tayfasının adı ilə bağlıdır. Kas/qas tayfa adı pəhləvilərin dilində quzan/qusan (oğuzlar) şəklində olmuşdur. Ərəb dilində o səsi olmadığı üçün oğuzlara “quz” demişlər. Bunu İşquz - İç Oğuz adından da görmək olar.

İslamın gəlişi ilə ozan sənəti də öz mahiyyətini dəyişmək məcbiriyyətində qalmışdır; sözlərimz, adlarımız öz kökündən uzaqlaşmış və bu səbəbdən kələfin ucu itmişdir.

Lakin məsələyə geniş və sistemli şəkildə yanaşdıqda yeni fikirlər ortalığa çıxır.
Bizim aşıx/aşıq dediyimiz söz sonradan aşiq-aşıq kəlməsi ilə eyniləşdirilib.

Xalq da öz ozanına, aşığına naqqal, yanşaq, zəvzək, uzunçu, abdal deyərdimi?

Şübhəsiz ki, bunlar, daha çox islam dininin Azərbaycanda yayılmasından sonra yad ideologiyanın təsiri ilə baş vermişdir.

Ozanlarımız qınağa tuş gəlməmək üçün “sufi donu” geyinməyə məcbur olmuşdur.

Dilimizdə yanşaqlıq etmək, uzunçu olmaq, nağıl danışmaq, dastan açmaq ifadələri də bunu göstərir.

Yanşaq sözünün izahlı lüğətimizdə çoxdanışan, zəvzək; hürəyən və ozan mənaları verilmişdir. Sözün ilkin mənası “sak köməkçisi, yançısı” anlamında olmuş, sonradan mənfi mənalar əmələ gəlmişdir.

Dilimizdə işlənən “sarsaq” sözündəki “saq” nə anlama gəlir? Hər halda “maymaq”, “mağmun” sözlərində “maq” tayfa adının izləri qalmışdır.

Yuxarıda qeyd etdiyimiz kimi, bu tayfa adları vaxtilə qutsallığı ifadə etmiş, sonradan yad ideologiyanın təsiri ilə bu adlara mənfi məna yüklənmişdir.

Həqiqətən, tarixdə sak, maq və digər qədim türk tayfaları İran adlanan ərazidə islamaqədərki dövrlərdə də indiki farsların əcdadları ilə daim münaqişədə olmuşlar. Sakları “səg”lə əlaqələndirmək cəhdi də fars şovinizminin, barbarlığının məhsuludur.

Göründüyü kimi, qutsallıq kəsb edən sözlərimizə sonralar mənfi mənanın yüklənməsinin başlıca iki səbəbi olmuşdur: sasaniçilik, fars irqçiliyi və islam dini adı altında milli dəyərlərin küfr sayılması.

Şiva kultu ilə bağlı olan sözlərin sonradan mənfi anlamlarda işlənilməsi isə birbaşa türk (Azərbaycan) mədəniyyəti və islami dəyərlərlə bağlıdır. Şiva mədəniyyəti təktanrıçı türklərə tarix boyu yad olmuşdur. Bu kultun daşıyıcılarına mənfi münasibət ifadələrimizdə də qalmışdır.

Zənnimcə, dilimizdə “lağ etmək”, “rişxənd etmək”, “oyun”, “fokus” (Qərb dialektlərində) anlamında işlədilən şəvədə/ şəbədə/ şəvədə eləməx`/, şəvədə düzməx`, şəbədə eləmək ifadələri Şiva kultu ilə bağlıdır. Şəbədə sözünün ərəb mənşəli (oyun çıxarma) olması inandırıcı görünmür. Fikrimcə, bu söz dilimizə və ərəb dilinə sanskrit dilindən, yaxud da sasanilərdən keçmişdir.

Tarix
2020.03.26 / 22:29
Müəllif
Şahlar Göytürk
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla