Yuxarı

Pokrovskun itirilməsi Ukrayna üçün fəlakət deyil, lakin...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pokrovskun itirilməsi Ukrayna üçün fəlakət deyil, lakin...

Əksər müşahidəçilərə görə, rusların Pokrovsku ələ keçirməsi qaçılmaz görünür. Şəhərin xarabalıqları üzərində nəzarət əldə etmək təcavüzkara növbəti hücumlar üçün ciddi bir təkan verməyəcək.

Axar.az xəbər verir ki, bunu amerikalı siyasi ekspert Mark Çempion bildirib.

O qeyd edir ki, daha möhkəmlənmiş mövqe döyüşlərinə keçiddən sonra Rusiya öz qarşısına nisbətən kiçik aralıq hədəflər qoymuşdu - Baxmut, Avdeyevka, indi isə Pokrovsk kimi orta ölçülü şəhərləri ələ keçirmək. Lakin bu şəhərlərin hər birinin ələ keçirilməsi Rusiyaya insan və texnika baxımından nəhəng itkilərə başa gəlib:

“Məhz buna görə də Pokrovskun itirilməsi Ukrayna üçün fəlakət olmayacaq, baxmayaraq ki, hər iki tərəf artıq bu şəhərə böyük siyasi əhəmiyyət verir. Ukraynalılar üçün bu, mənəviyyata növbəti zərbə olacaqsa, ruslar üçün - bu il rekord itkilərdən sonra əldə edilən yeganə mühüm uğur kimi görünəcək”.

Tarix
2025.11.08 / 09:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur - Deputat

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla