Yuxarı

Azərbaycanda yayılan ən təhlükəli xəstəlik

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa. XIII əsr.

Roma Papası IX Qriqori böyük cahillik nümayiş etdirərək pişikləri şeytan elan etdi. Nəticədə onminlərə pişik diri-diri yandırıldı.

Amma çox keçmədi ki, təbiət Papanın bu cahilliyinin cavabını artıqlaması ilə verdi. Belə ki, Krımdan İtaliyaya gələn bir gəminin anbarındakı siçanlar öz bədənlərində vəba da gətirdilər. Təbii, ətrafda pişik olmadığı üçün bu siçanlar çox rahatlıqla Avropaya yayılıb çoxaldılar və beləcə vəbanı da insanlara keçirdilər.

Papanın bu cahilliyi nəticəsində vəba Avropada yayıldı və bu xəstəlikdən 100 milyondan çox insan öldü.

Azərbaycan. XXI əsr.

Koronavirus adlı bir bəla dünyanı cənginə alıb. İnsanlar göz önündə, küçədə bir anın içində ölürlər. Dünyaya liderlik edən ABŞ virusun qarşısında çarəsiz qalıb, Avropa qorxudan titrəyir. Etiraf edək ki, Azərbaycan virusa qarşı çox effektli tədbirlər görür və belə demək mümkünsə, bir çox ölkəyə nümunə olur. Bunu həmin ölkələrin nümayəndələri də deyirlər.

Amma bəzi azərbaycanlılar nə edir? O vaxt Krımdan Avropaya gələn gəmiyə soxulan o siçovullar kimi maşının baqajına soxulub Bakıya gəlməyə çalışırlar.

Qardaş, nə vacibdir axı? Sənə deyildi ki, evdə qal, demək, evdə qalmaq lazımdır da! Gərək Hindistandakı kimi döşəmə ağacını götürüb canınıza düşsünlər?! Niyə millətin taleyi ilə oynayırsınız axı? Özünüzə yazığınız gəlmir, heç olmasa, qocalara, körpələrə yazığınız gəlsin. Axı gördünüz ki, bu virusa yoluxanlar necə işgəncə ilə ölürlər! Avropanın durumu sizə dərs olmadı?

Artıq dəqiq olan bir şey var: koronavirus çox təhlükəlidir və qarşısını almasaq, diqqətli olmasaq, bizi də Avropanın, xüsusən İtaliyanın taleyi gözləyə bilər.

Ona görə də bu "baqaj siçovulları"na qarşı ən sərt tədbirləri görmək lazımdır.

Tarix
2020.03.28 / 12:55
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla