Yuxarı

ABŞ portalında AXC ilə bağlı məqalə

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ portalında AXC ilə bağlı məqalə

Müstəqil onlayn platforması “Medium” ölkəmizin ABŞ-dakı səfirliyinin əməkdaşı Şəlalə Vəliyevanın XX əsrin əvvəlində Azərbaycan qadınların müsəlman dünyasında aparıcı roluna həsr olunmuş məqaləsini yayıb.

Kult.az xəbər verir ki, məqalədə bu il 102 yaşını qeyd edən Azərbaycan Xalq Cümhuriyyətində qadınların rolu barədə məlumat verilib.

Bildirilib ki, 1918-ci ilin dekabrında AXC parlamentinin ikinci iclasında qadınların iş şəraiti ilə bağlı reproduktiv hüquqlar və ödənişli əmək məzuniyyəti, analar üçün uşaq müəssisələrinin yaradılması, sağlamlıq və bərabər maaşın təmin edilməsi haqqında yeni konstitusiya maddələri qəbul olunub. Parlamentin ilk iclaslarında kişi və qadınlar üçün bərabər hüquqların təmin edilməsi barədə məsələlər müzakirə edilib, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, Xalq Cümhuriyyətinin bütün vətəndaşlarına səsvermə hüququ verilib.

Müəllif AXC-də qadınların təhsil və ictimai sahələrdəki fəaliyyətinə toxunaraq qeyd edib ki, onlar qızların təhsil almaları üçün böyük təşəbbüslər irəli sürüblər. Təsadüfi deyil ki, həmin dövrdə Bakıda qızlar üçün məktəb tikilib.

Qeyd olunub ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edib. Hazırda da Azərbaycan qadınları ölkənin ictimai-siyasi həyatında fəal rol oynayırlar. Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti örnək kimi göstərilir. Həmçinin Milli Məclisin yeni sədri qadındır. Azərbaycan paytaxtında qadın azadlığının rəmzi olan “Azad qadın” heykəli ucalır.

Tarix
2020.07.29 / 21:03
Müəllif
Kult.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla