Yuxarı

Kaynarcadan sərt təkzib: “Tək lider Atatürk...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kaynarcadan sərt təkzib: “Tək lider Atatürk...”

Türkiyədə baş verən Gəzi hadisələrinə ön cərgələrdə dəstək verən aktyor Oktay Kaynarcanın bir müsahibəsində "Gəzi başdan-ayağa bir səhv idi" ifadələrini işlətməsi sevənlərinin sərt reaksiya göstərməsinə səbəb olub.

Axar.az xəbər verir ki, ünlü aktyor sosial media hesablarından özünü müdafiə edərək müsahibə barədə açıqlama verib. Müsahibəyə dəyişiklik edildiyini də bildirən aktyor müsahibənin ilkin variantının skrin-şotlarını da paylaşıb.

Əks reaksiyaları anlayışla qarşıladığını bildirən aktyor belə deyib: "Deyəsən, təkcə başlığı oxumusunuz, amma bütöv oxumağınızı istəyərdim. Gəzidən ötrü yaşananların ümumilikdə səhv olduğunu izah eləməyə çalışdığım bir cümlə deyəsən yanlış anlaşılıb".

Türkiyə Cümhuriyyətinin demokratik, dünyəvi və bölünməz bütünlüyünün sonuna qədər müdafiəçisi olduğunu dilə gətirən Kaynarca belə deyib:

"Hər kəs bilsin ki, vətənimin mənfəətləri hər cür mənfəətlərdən üstündür. Hücum edib küfr edənlərə reaksiya verənlərə cavabımdır bu. Məni təmsil edən heç bir partiya yoxdur. Mənim sonsuza qədər lider olaraq qəbul etdiyim tək lider Mustafa Kamal Atatürk olaraq qalacaqdır".

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Türkiyə mediasında "Oktay Kaynarca Gəzi hadisələrinə görə peşmançılıq çəkir" tipli xəbərlər yayımlanmışdı.

Tarix
2015.04.21 / 18:21
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

Kiyevə hücum: azərbaycanlının restoranı dağıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla