Yuxarı

Ermənilər Bakıya görə qırğız saytlarına hücum etdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni hakerlər Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun araşdırmalarını rus dilində dərc edən Qırğızıstanın kütləvi informasiya vasitələrinə (KİV) hücum ediblər.

Tarix İnstitutundan Kult.az-a verilən məlumata görə, bu barədə “Dünya azərbaycanlıları və digər türkdilli xalqların ittifaqı”nın və “Türkdilli dövlətlərin siyasətinə dəstək fondu”nun prezidenti Nüsrət Məmmədov deyib.

Nüsrət Məmmədov Mərkəzi Asiya respublikalarında Azərbaycan həqiqətlərinin yayılmasında mühüm rol oynayır və o, Tarix İnstitutu alimlərinin erməni saxtakarlarını ifşa edən fundamental araşdırmalarının Qırğızıstanda fəaliyyət göstərən Turktoday.info və Nazarnews.org saytlarında dərcinə yardım edir.

İnstitut alimlərinin Qırğızıstandakı saytlarda indiyədək bu məqalələri dərc edilib: “Ermənilərin Qacarlar İranından Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Saxtakarların yalançı elmi, yaxud ermənisayağı “tarix””, “Ermənilərin Osmanlı imperiyasından Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “İrəvan və ətrafındakı Azərbaycan torpaqları ermənilərə hansı şərtlərlə verilib?”, “Ermənilər Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəlmişlər”, “Real tarix və “Böyük Ermənistan” uydurması”.

Azərbaycan alimlərinin arxiv sənədlərinə əsaslanan məqalələri erməni millətçilərində ciddi narahatlıq doğurub. Ona görə də erməni hakerlər Qırğızıstan KİV-nə bir neçə dəfə hücum edərək, onları dağıdıblar. Hazırda isə N.Məmmədovun ciddi səyləri nəticəsində bu saytlar bərpa olunub və yenidən fəaliyyətə başlayıb.

Xatırladaq ki, Qırğızıstanın paytaxtı Bişkek şəhərində “Türkdilli dövlətlərin siyasətinə dəstək fondu” tərəfindən Tarix İnstitutu alimlərinin “Ermənilərin Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklər tarixi faktlarla” və “Azərbaycan XVIII-XIX əsrlərdə” kimi fundamental tədqiqatları (rus dilində) nəşr olunub.

Tarix
2020.09.19 / 11:40
Müəllif
Kult.az
Digər xəbərlər

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

İrəvanda təşviş: bu sahələr Azərbaycanın nəzarətinə keçəcək

Əli Əsədov bu türk ölkəsində səfərdədir

Bakıdan Kiyevə daha bir jest: Bu kvotalar artırıldı

Qalib Azərbaycan belə vəziyyətlə barışa bilməzdi...

Bu əməliyyat dövlət suverenliyinin bərpasının yeganə yolu idi

Ağır dərs, robota çevrilən şagirdlər – Nazirlik qərar verdi

Almaniya vətəndaşlarını çıxarır: İrana hücum olacaq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla