Yuxarı

Fərhad Bədəlbəyli: Bu anı Şuşada görəcəyik...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

SSRİ və Azərbaycanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli həmvətənlərinə müraciət edib.

Bakı Musiqi Akademiyasının mətbuat xidmətindən Kult.az-a verilən məlumata görə, müraciətdə deyilir:

"Əziz həmvətənlərimiz! Azərbaycanın əziz dostları!

Bu gün xalqımız öz tarixinin şanlı səhifələrini yaşayır. Biz azərbaycanlılar, neçə illər boyu davam edən ağrılı, iztirablı, faciəli hadisələrdən, ağır itkilərdən sonra öz doğma torpaqlarımızı qaytarırıq, bizim gözəl Vətənimizin, suveren və müstəqil Azərbaycanımızın ərazi bütövlüyünü bərpa edirik!

Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağ – Azərbaycandır!” sözləri bizim tariximizə qızıl hərflərlə həkk olunacaq. Çünki, Azərbaycan xalqının Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında apardığı müharibə - ədalətli müharibədir. Bu, Vətən müharibəsidir. Azərbaycanın ərazisində aparılır və erməni təcavüzçüləri tərəfindən işğal olunmuş qədim Azərbaycan torpaqlarının qaytarılması məqsədini daşıyır.

Bizim şanlı ordumuz, cəbhə xəttində cəsarətlə vuruşaraq, bütün dünyaya Azərbaycan Dövlətinin qüdrətini və qüvvətini nümayiş etdirir. Doğma torpaqlarımızın bəzi əraziləri erməni işğalçılarından təmizlənib. Bu, həqiqətən bayramdır, bu, “göz yaşardan” qələbədir. Xüsusilə, bizim və musiqi ictimaiyyətinin nümayəndələri üçün. Bizim bir çoxumuz bəhrəli Qarabağ torpağının yetirmələriyik. 30 ilə yaxındır ki, biz əcdadlarımızın dəfn olunduğu yerlərə gedib, onların xatirəsini ana bilmirik, biz doğma torpağımızdan uzaq, sözün əsl mənasında, musiqi mədəniyyətimizin beşiyi sayılan Şuşadan uzaqdayıq. Axı məhz Şuşada Xurşidbanu Natəvanın, Səməd bəy Mehmandarovun, Üzeyir Hacıbəylinin, Bülbülün, Mir Möhsün Nəvvabın ev-muzeyləri yerləşirdi. Şuşa – bizim əcdadlarımızın şəhəri olub, nə qədər xoş xatirələrimizlə bağlıdır. Şuşa həm bizim kədərimiz, həmdə bizim ağrımızdır.

Biz musiqiçilər, mədəniyyət və incəsənət xadimləri, ölkəmiz üçün bu çətin günlərdə ancaq bir şey arzulayırıq! Əlbəttə ki, bu hər bir azərbaycanlının arzusudur – ermənilərdən işğal edilmiş torpaqlarımızın azad olunması. Biz ürəkdən inanırıq ki, ədalət zəfər çalacaq, qələbə bayrağı Üzeyir bəyin qəhrəmani musiqisinin sədaları altında Şuşada dalğalanacaq. Biz Şuşaya onun möhtəşəm musiqiçilərini və ifaçılıq məktəbini qaytaracağıq. Biz bu müqəddəs torpaqda yaşayacaq, yaradacaq, əsərlər bəstələyəcək, ifa edəcək, gələcək nəsillərimizi yetişdirəcək, onun Azərbaycan musiqi istedadlarının “beşiyi” olduğunu bir daha sübut edəcək, bu haqqını bərpa edəcəyik.

“Böyük Qələbə gününü yaxınlaşdırmaq üçün əlimizdən gələni etmək bizim hər birimizin borcudur!” Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın bu sözləri bu gün bizim Vətənimizin bütün vətəndaşlarına ünvanlanıb. Bizim hər birimiz öz qüvvəsi daxilində mübarizə aparmalıdır – axı mədəniyyət-informasiya cəbhəsi də mübariz ruh və müvafiq hazırlıq tələb edir.

Biz, musiqi mədəniyyəti və incəsənət xadimləri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professor-müəllim heyəti Azərbaycan Prezidentinin, Silahlı Qüvvələrinin Ali Baş Komandanının ölkəmizin doğma torpaqlarını qaytarmaq əzmini dəstəkləyir və salamlayırıq. Öz tərəfimizdən, informasiya cəbhəsindəki mübarizədə iştirak etməyi müqəddəs vəzifəmiz bilirik, həmçinin, biz bütün dünyaya Ermənistanın işğalçılıq siyasəti, vəhşicəsinə dağıdılmış evlər, öldürülmüş dinc əhali, məhv olunmuş mədəniyyət abidələri haqqında məlumatı çatdırmağı özümüzə borc bilirik.

Bizim işimiz haqdır və qələbə bizim olacaq! Bizim şanlı ordumuz Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin başçılığı ilə qələbə əzmi ilə irəli addımlayır!!! Bəli, təəssüf ki, bizim itkilərimiz də var. Ürək ağrısı ilə biz qəhrəman əsgərlərimizin şəhid olmasından, şəhərlərimizin və dinc əhalinin atəşə məruz qalmasından danışırıq. Lakin Azərbaycanın vətənpərvər döyüşçülərinin qəhrəmanlığı əbəs deyil. İşğalçılar bizim qanuni ərazilərimizdən qovulacaq və biz, nəhayət ki, doğma ellərimizi görəcəyik, doğma torpaqlarımızı öpə biləcəyik. Azərbaycan Dövlət Himninin sədaları altında Qələbə bayrağının Şuşada yüksəldilməsini mütləq görəcəyik. Daha sonra biz orada Böyük Qələbənin şərəfinə ən möhtəşəm konsertimizi keçirəcəyik!

Qarabağ – Azərbaycandır! Bizim şanlı ordumuza və Ali Baş Komandanımıza eşq olsun! Azərbaycana eşq olsun!"

BMA-nın professor-müəllim heyəti:

SSRİ və Azərbaycanın Xalq artisti, professor Fidan Qasımova

Azərbaycanın Xalq artisti, professor Xuraman Qasımova

Prorektor, Əməkdar müəllim, professor Nərminə Quliyeva

Prorektor, Azərbaycanın Xalq artisti, professor Eganə Axundova

Prorektor, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə

Dekan, Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə

Dekan, Əməkdar müəllim, professor Nazakət Rimazi

Dekan, sənətşünaslıq doktoru, professor Gülzar Mahmudova

Professor Leyla Məmmədova-Fərəcova

Azərbaycanın Xalq artisti, professor Cavanşir Cəfərov

Azərbaycanın Xalq artisti, professor Gülbacı İmanova

Azərbaycanın Xalq artisti, professor Yalçin Adıgözəlov

Azərbaycanın Xalq artisti, professor Zəhra Quliyeva

Azərbaycanın Xalq artisti, professor Yusif Axundzadə

Azərbaycanın Xalq artisti, professor Ramiz Quliyev

Azərbaycanın Xalq artisti, professor Ülviyyə Hacıbəyova

Əməkdar incəsənət xadimi, professor Aydın Əzimov

Əməkdar incəsənət xadimi, professor Tariyel Məmmədov.

Tarix
2020.10.08 / 01:29
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla