Yuxarı

Direktora Vurğun mükafatı verildi – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Direktora Vurğun mükafatı verildi – Foto

Azərbaycanın xalq şairi Səməd Vurğunun ev muzeyində "Səməd Vurğun mükafat"ının təqdimat mərasimi keçirilib.

Gənc Tamaşaçılar Teatrının Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, teatrın direktoru və baş redaktoru "Səməd Vurğun mükafatı"na layiq görülüblər.

Mərasimdə ədəbiyyat və mədəniyyət xadimləri, incəsənət ustaları, vurğunsevərlər iştirak ediblər. Səməd Vurğununun şəxsiyyəti və yaradıcılığına olan tükənməz sevgisinə, şairin ev muzeyində keçirilən tədbirlərə dəstəyinə görə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Azərbaycan Respublikasının əməkdar artisti, Kalmıkiya Respublikasının əməkdar incəsənət xadimi Mübariz Həmidov, şairin irsinin təbliği sahəsindəki əvəzsiz xidmətlərinə görə teatrın baş redaktoru, əməkdar mədəniyyət işçisi Səriyyə İsmayılova sözügedən mükafata layiq görülüblər.

Qeyd edək ki, Səməd Vurğun mükafatının təsis edilməsinin əsas məqsədi ədəbi irsimizin öyrənilməsi, ədəbiyyat tariximizin araşdırılması və Səməd Vurğun poeziyasının incəliklərinin üzə çıxarılmasıdır.

Tarix
2015.04.30 / 19:25
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Azərbaycan buna görə Türkiyəni təbrik etdi

Vadefulun Bakı və İrəvan səfəri - Tiflisdən imtina etdi

TRİPP başladı - İrandan sensasion reaksiya

Fərid Baxşıyev yüksək vəzifəyə seçildi

Türkiyənin böyük uğurunda Ukraynanın müstəsna rolu

Şeyx Moskvada - İlham Əliyevin məktubu təqdim olundu

ABŞ-da yüksək vəzifə alan Həmid Həşimzadə kimdir?

Mehdiyevin kürəkəninin işi niyə Abıyevaya həvalə edilir?

Elmin Fərəcov aparat rəhbəri təyin olundu

Maka Boçorişvili sabah Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla