Yuxarı

Van Qoqun əsəri 66 milyona satıldı – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Van Qoqun əsəri 66 milyona satıldı – Foto

Hollandiyalı rəssam Vinsent Van Qoqun "L`Allee des Alyscamps" (Aliskamp alleyi) adlı əsəri Nyu Yorkdakı hərracda 66 milyon 300 min dollara satılıb.

Axar.az xəbər verir ki, "Sothebi Hərrac Evi"ndə təşkil edilən auksionda satılan "L`Allee des Alyscamps" əsəri hərracda satılan ən bahalı rəsm əsəri olub. Van Qoqun 1888-ci ildə Fransanın Arles şəhərində çəkdiyi yağlı boya rəsmində payız təsvir edilib.

Nyu Yorkdakı hərracda fransız rəssam Kloud Monetin 1905-ci ildə yağlı boya ilə çəkdiyi bir rəsm əsəri isə 45 milyon dollara qoyulsa da, 54 milyon dollara alıcı tapıb. Nilufərlərin təsvir edildiyi əsər gecənin ən yüksək qiymətə satılan ikinci parçası olub.

Hərracda isveçrəli rəssam Alberto Qiakomettinin 1956-cı ildə Parisdə hazırladığı, qardaşı Dieqonun kiçik bürünc heykəli də 12 milyon 800 min dollara satılıb. Nyu York hərracında asiyalı alıcıların sıxlığı diqqət çəkib.

Xatırladaq ki, Van Qoqun ən yüksək qiymətə satılan əsəri 1990-cı ildə "Doktor Qaçetin portreti" ("Portrait of Dr. Gachet") adlı rəsmi olub. Bu şəkil 82 milyon 500 min dollara satılıb.

Tarix
2015.05.06 / 22:54
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Bayağı verilişlər bağlandı, efir təmizlənir: İndi nə olacaq?

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla