Yuxarı

Ermənilər bu alimlərimizə mane oldular – AMEA

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müharibə dövründə və ondan sonrakı müddətdə Azərbaycan həqiqətlərindən və ermənilərin torpaqlarımızda törətdikləri vəhşiliklərdən bəhs edən AMEA alimlərinin məqalələrinin çapı bəzi Avropa ölkələrində ermənipərəst qüvvələrin və ermənilərin özlərinin iştirakı ilə xeyli dərəcədə məhdudlaşdırılıb.

Bunu Kult.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti İsa Həbibbəyli Vətən müharibəsi zamanı və hazırkı dövrdə ölkənin alimlərinin, akademiklərinin informasiya savaşında necə fəaliyyət göstərməsi haqda danışarkən deyib. O bildirib ki, bununla bağlı çətinliklərə baxmayaraq, alimlərimiz həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayırlar:

“AMEA Qarabağ savaşının gedişində və ondan sonrakı dövrdə informasiya müharibəsində fəal iştirak edir. Akademiyanın Prezidenti Ramiz Mehdiyev 73 ölkənin Elmlər Akademiyasının prezidentinə və universitet rektoruna mövcud vəziyyət və ermənilərin terrorçuluq fəaliyyəti barədə müraciət ünvanlayıb. Eyni zamanda Akademiya adından Fransa Prezidenti Emmanuel Makrona tənqid dolu açıq məktub göndərilib. Bundan başqa, Akademiyanın əməkdaşları ölkə mediasında və sosial şəbəkədə vaxtaşırı olaraq bu istiqamətdə çıxışlar edib. Bu çıxışlarda həm müharibənin gedişi prosesinə, həm də Ali Baş Komandanın apardığı döyüş əməliyyatlarına ziyalıların dəstəyi ifadə olunub. Eyni zamanda Qarabağın tarixi, ermənilərin buradakı mədəniyyət abidələrimizə vurduğu ziyanlar, toponimlərin erməniləşdirilməsi üçün onların törətdikləri bir çox vandalizm hərəkətləri, təbii sərvətlərdən qanunsuz istifadə və törədilən dağıntılarla bağlı çoxsaylı çıxışlar olub. Bu məqalələr ölkəmizlə yanaşı xarici ölkələrdə də dərc olunub. Çox təəssüf ki, Almaniya, Niderland və digər Avropa ölkələrinə göndərilən məqalələrin çapı ermənipərəst qüvvələrin və ermənilərin özünün iştirakı ilə xeyli dərəcədə məhdudlaşdırılıb. Lakin buna baxmayaraq, alimlərimiz Bolqarıstan və Polşada həmkarları vasitəsi ilə Azərbaycan həqiqətləri barədə məqalələr çap etməyə nail oldular. Azərbaycan alimlərinin Çin saytlarında da bu barədə yazırları yer alıb. Həmçinin Şərq ölkələrində, ərəbdilli mətbuatda AMEA-nın bir çox əməkdaşının ərəb dilində bu mövzuda məqaləri çap olunub”.

İ.Həbibbəyli bildirib ki, bu istiqamətdə müharibədən sonrakı dövrdə də işlər görülür:

“Rəyasət Heyətində “Qarabağ” elmi bölməsinin yaradılması haqqında qərar qəbul edilib. Bu barədə ölkə rəhbərliyi qarşısında məsələ qaldırılması nəzərdə tutulur. Bundan başqa AMEA-da Post-konfilikt Ərazilərin Bərpası elmi mərkəzi yaradılıb. Mərkəz müharibədən sonra bərpası aparılacaq ərazilərlə bağlı dövlət proqramına elmin, alimlərin dəstəyini təmin etmək məqsədi daşıyır. Eyni zamanda ermənilərin torpaqlarımızda törətdiyi təxribatların, abidələrimizə qarşı törətdikləri vəhşiliklərin elmi cəhətdən qiymətləndirilməsi və təyin edilməsi ilə bağlı onlayn konfransın keçirilməsi üçün hazırlıqlar da görülür”.

Tarix
2020.11.23 / 16:56
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Qusman İlham Əliyevin bu müsahibəsini yaydı

Bu sözləri Əliyev haqda Qərbin “uşaqları” deyir

Türkiyənin HTŞ ilə birgə yeni hədəfi

ABŞ-ın qardaş ölkəyə ədalətsiz sanksiyası…

Əliyevin tələbinə Paşinyanın hiyləgər cavabı...

Səfirimiz İranın vitse-prezidenti ilə görüşdü

Kiyev niyə türk respublikasına zərbə endirdi?

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla