Axar.az
Yuxarı

Axar.Az Logo

Nəriman BTR-i düşmən PDM-nə belə çırpdı – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

II Qarabağ müharibəsi zamanı 23 yaşlı Nəriman Atakişiyev öz yoldaşlarını xilas etmək üçün düşmənin PDM-nin üzərinə BTR-lə hücum edərək, onların texnikasını və canlı qüvvəsini məhv edib.

Kult.az xəbər verir ki, bu barədə jurnalist Elgün Gəncimsoy qeyd edib. O, ermənilərin 022 saylı xüsusi təyinatlı hərbi hissəsinə təşkil edilən basqın zamanı baş verənlərdən danışıb:

“Cəbhənin Tərtər istiqamətində qızğın döyüşlər davam edirdi. Düşmənin xüsusilə bu istiqamətdə yaratdığı beton istehkam qurğularını yarmaq lazım idi. Müzəffər Azərbaycan Ordusu qanı bahasına düşmənin müdafiə səddini yararaq, bir neçə yüksəkliyi azad etmişdi. İgid əsgərlərimiz Talış kəndinə və Suqovuşan yoluna dərinlikdən nəzarət üçün Ağuçuq yüksəkliyinə çıxaraq, dəniz səviyyəsindən 1300 metr yüksəklikdə yerləşən zirvəni azad etməli idi ki, Ağuçuq zirvəsinə olunan əks-həmlələr səngisin və əlaqə yolları vurulmasın.

Bölmələr hərəkətə başlayır. Onları atəş altında saxlayan düşmənin 82 mm-lik minaatan batareyası məhv edilir, yol boyu geri çəkilən işğalçı ordunun canlı qüvvəsi vurulur. Sözügedən əraziyə “Qaranlıq meşə” deyirlər. Buranın təmizlənməsi barədə general-mayor Hikmət Həsənova məruzə olunur. Komandir şəxsi heyəti strateji yüksəkliyi azad etmələri münasibəti ilə təbrik edir.

Meşə o qədər qalındır ki, burada 20 metrdən artıq dərinliyin müşahidəsini aparmaq mümkün deyil. İşğalçı ordunun 022 saylı xüsusi təyinatlı hərbi hissəsinin qəfil basqını baş verir. Yaxın məsafədə başlayan açıq döyüşdə yüksəkliyə çıxarılan bir tankımız sıradan çıxır. Ancaq şəxsi heyət itkisi olmur. Polkovnik-leytenant (şəhid) Əfqan Əbdülrəhmanov, polkovnik-leytenant (şəhid) Soltan Məmmədov və mayor Bəhruz Qələmiyev oradakı qüvvəni yenidən cəmləyərək, müdafiə mövqeyi qurur. Bir neçə saat ərzində düşmənin üç əks-həmləsinin qarşısı alınır.

Təsəvvür edin, bir saatdan artıq olar ki, ərazidə tam sakitlikdir. Həmlə taborunun şəxsi heyəti və yuxarıda adları çəkilən zabitlər növbəli şəkildə istirahət edirlər. Qəflətən hərbi texnika səsi eşidilir. Texnikaya qarşı döyüşməyə sursat demək olar ki, tükənib, təminat isə yoldadır. Mövqelərin qarşısında düşmənin PDM-2-si peyda olur. İgid döyüşçülərimiz nə edəcəklərini bilmirlər. PDM isə durmadan atəş açır. Ümidlərin puç olduğu, hər kəsin şəhid olmağa hazırlaşdığı zaman mövqedən çıxıb geri qaçan əsgər diqqət çəkir. Hamı onun döyüşdən qaçdığını zənn edir. Lakin o, aralıda olan BTR-ə minərək onu işə salıb tam sürətlə düşmənin zirehli döyüş texnikasına tərəf sürür. Erməninin PDM-2-nin heyəti nəyin baş verdiyini anlayana qədər əsgərimiz idarə etdiyi BTR-i bizə atəş açan döyüş texnikasının üstünə mindirib onun qülləsinin hərəkətini məhdudlaşdırır. Bundan sonra Əfqan Əmiraslanov, Soltan Məmmədov mövqelərindən çıxaraq düşmən PDM-nə tərəf qaçıb onun “lyuk”una əl qumbarası ataraq heyəti və içərisində olan altı nəfər düşmən desantını məhv edir. Partlayış nəticəsində baş verən yanğından BTR-i xilas etmək olmur. Çünki toqquşma zamanı döyüş maşınımızda nasazlıq yaranmışdı...

Beləliklə aşağıdakı şəkildə gördüyünüz bu mənzərə yaranır.

Xeyli sayda canlı qüvvəmizin həyatını xilas edən BTR-i idarə edən 23 yaşlı Nəriman Atakişiyev isə hospitalda aldığı müalicədən sonra həyati təhlükəni atlatmağı bacarıb”.

Tarix
2020.12.04 / 13:57
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

İblis köməyə gəldi: Hacıqabul sərgüzəşti bitdi və Bakıya...

Gəncəvi Qumda doğulub? - İranlı mirzənin saxtakarlığı

İlk dəfə: Prezident Şuşanı Ona əmanət etdi!

Kukla Teatrından azyaşlı tamaşaçıların diqqətinə

Şuşa səfəri və 2021-in mistikası...

Paşayeva şuşalı mədəniyyət işçiləri ilə görüşdü – Foto

Kamal Abdulla İrek Zinnurovla görüşdü

“Güllələnmiş heykəllər” Şuşaya qaytarıldı - Foto

"Yeralaş"ın bədii rəhbəri koronadan öldü

Mühasirədə ikən özümüzü öldürmək istədik... - Qazimiz

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla