Yuxarı

Ekstrasenslərin 2020 öngörüləri: nə demişdilər, nə oldu?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ekstrasenslərin 2020 öngörüləri: nə demişdilər, nə oldu?

Artıq 2020-ci ilin başa çatmasına sayılı günlər qalıb. Hələ ilin əvvəlindən ekstrasenslər və astroloqlar bu ilin ölkəmiz və dünya üçün necə keçəcəyi ilə bağlı proqnozlar vermişdi.

Kult.az xəbər verir ki, 2020-ci illə bağlı proqnoz verən ekstrasenslərdən biri də Nadim Alixanov idi. O, bu ildə Qarabağla bağlı böyük dəyişikliklərin olmayacağını desə də, Ordumuz Ali Baş Komandanın rəhbərliyi altında sentyabrın 27-də başlayan əks-hücum əməliyyatı ilə torpaqlarımızı işğaldan azad etdi.

Yəni ekstrasensin bu proqnozu özünü doğrultmadı.

N.Alixanov həmçinin Rusiyada böyükmiqyaslı mitinqlərin olacağını və bu ölkənin daha da qarışacağını proqnozlaşdırmışdı. Lakin bu proqnozu da reallaşmadı.

O, Gürcüstanda və Türkiyədə prezidentlərin dəyişəcəyi, müsəlman ölkələrində qarşıdurma yaranacağı, Avropa ölkərində insanların ayağa qalxacağı və dini savaşların başlayacağı, bundan başqa, ABŞ və rusiyayönümlü ölkələr arasında toqquşma olacağı, Rusiyanın uduzacağı ilə bağlı proqnozunun 2023-cü ilə qədər reallaşacağını iddia edib.

O vaxta hələ 3 ilə yaxın zaman var.

Astroloq Səbuhi Rəhimli də bu il üçün bir neçə proqnoz vermişdi. Onun iqtidarla müxalifət arasında hansısa uğurlu dialoqun olmaması, Qarabağın azad olunması ilə bağlı yeniliklərin olmayacağı, mülkiyyət üstündə savaşların kəskinləşəcəyi ilə bağlı proqnozları özünü doğrultmayıb.

Çünki bu il ölkədə müxalif partiyalarla görüşlər keçirildi və onlar PA-ya dəvət edildi, iqtidar-müxalifət münasibətlərinin yüksək səviyyədə formalaşması istiqamətində ciddi addımlar atıldı. Mülkiyyət üstündə savaşların kəskinləşməsi məsələsində isə ötən illərlə müqayisədə demək olar ki, ciddi artım müşahidə olunmadı.

Bundan başqa, Səbuhi Rəhimlinin də Qarabağla bağlı proqnozu reallaşmadı.

Tarix
2020.12.23 / 15:15
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir?

Bakı və İrəvanın bu addımı dünya üçün nümunədir - Bəyanat

Bakı, İrəvan və Vaşinqton Birgə Bəyanat yaydı

Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?

Azərbaycan Kolumbiyaya başsağlığı verdi

Məmurların adından “təcili” pul istəyirlər - DTX

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla