Axar.az
Yuxarı

Axar.Az Logo

Nazir İSESKO-nun Baş direktoru ilə görüşdü - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 11-də Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov ölkəmizdə səfərdə olan İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.

Kult.az xəbər verir ki, görüşdə Azərbaycan-İSESKO əlaqələri, əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

Nazir Anar Kərimov Salim əl-Maliki salamlayaraq onun İSESKO-nun Baş direktoru kimi ilk səfərini Azərbaycana etməsinə görə təşəkkürünü bildirib. Azərbaycanla İSESKO arasında uzunmüddətli və sıx əməkdaşlıq əlaqələrinin inkişafında Prezident İlham Əliyev və Birinci vitse-prezident, İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna rolunu vurğulayan Anar Kərimov bu münasibətlərin dostluq və həmrəylik üzərində təşəkkül tapdığını qeyd edib.

Nazir son dövrdə İSESKO-da həyata keçirilən islahatları alqışladığını və Azərbaycanın da bu istiqamətdə həmrəylik göstərəcəyini diqqətə çatdırıb.

Nazir, həmçinin İSESKO-nun Baş direktorunun Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etmək təşəbbüsünü və işğal zamanı Azərbaycanın tarixi-mədəni və dini irsinin məhv edilməsinin nəticələrini bilavasitə görmək istəyini yüksək qiymətləndirib. Qeyd edib ki, bu, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə beynəlxalq missiyanın ilk səfəri olacaq. “Biz istəyirik ki, İSESKO missiyası bu səfər zamanı gördükləri ilə bağlı obyektiv hesabat hazırlasın”, – deyə nazir vurğulayıb.

İSESKO-nun obyektiv mövqeyinin Azərbaycan tərəfindən yüksək dəyərləndirildiyini deyən Anar Kərimov təşkilatın ölkəmizin haqlı mövqeyini paylaşdığına görə təşəkkür edib. Bildirib ki, ölkəmiz İSESKO-nun mədəni irsin qorunması sahəsində səylərini yüksək qiymətləndirir və bu sahədə əməkdaşlığı davam etdirmək, həmçinin kreativ sənayenin inkişafında bərabər səylər göstərmək istəyir. Eyni zamanda, Azərbaycan ilə İSESKO arasında mədəniyyət, təhsil və elm sahəsində nazirliyin yanında fəaliyyət göstərən İSESKO üzrə milli komissiyanın töhfələrini artırmaqda davam edəcəyik.

Salim əl-Malik ölkəmizə səfərindən məmnunluğunu ifadə edərək göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, İSESKO-nun beynəlxalq hüquqa, xüsusilə də BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanaraq Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığını və suverenliyini daima dəstəklədiklərini və müharibə zamanı da eyni mövqedən çıxış etdiklərini ifadə edib.

Salim əl-Malik əlavə edib ki, belə bir tarixi zamanda İSESKO ilə Azərbaycan arasında uzun illərdir davam edən dostluq və əməkdaşlığı qarşılıqlı şəkildə genişləndirmək və dəstəkləmək lazımdır. O, həmçinin qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini vurğulayıb və bildirib ki, İSESKO bu istiqamətdə də öz dəstəyini davam etdirəcək.

Anar Kərimov ölkəmizlə bağlı xoş sözlərinə görə təşəkkürünü bildirərək İSESKO ilə bir sıra istiqamətlərdə əməkdaşlığı və bu əməkdaşlığın mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” çərçivəsində uğurla davam etdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, 2011-ci ildə əsası qoyulan Dünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas tərəfdaş beynəlxalq təşkilatdan biri də İSESKO-dur və biz bu tərəfdaşlığın yeni Baş direktorun fəaliyyəti dövründə də davam etdiriləcəyinə əminik.

Nazir İSESKO ilə daha bir əməkdaşlıq istiqaməti kimi rəqəmsal texnologiyaların mədəniyyət sahəsində tətbiqi ilə bağlı birgə startap layihəsini həyata keçirməyi təklif edib.

Sonra görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam edib. Diqqətə çatdırılıb ki, yanvarın 12-də İSESKO-nun nümayəndə heyəti Azərbaycanın işğaldan azad olunmuş rayonlarına səfər edəcək.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə İSESKO-nun Elm və İnnovasiyalar sektorunun müdiri Rahil Qəmər, təşkilatın Mədəniyyət sektorunun müdiri Məhəmməd Zain Alabdern, İSESKO-nun Tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq sektorunun və Sivilizasiya Dialoq Mərkəzinin rəhbəri Xalid Fatih əl-Rəhman və başqaları daxildir.

İSESKO-nun Baş direktorunun Azərbaycana səfəri yanvarın 15-dək davam edəcək.

Tarix
2021.01.11 / 21:17
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Xalq yazıçısının yubileyi: millət vəkili təbrik etdi – Foto

Deqati: Natavanın sümükləri qəbirdən çıxarılmışdı - Foto

Belələrini çomaqla idarə etmək lazımdır

Gənc memarın füsunkar “Zəfər muzeyi” layihəsi - Video

İnfarkt keçirən xalq artistinin durumu... - Açıqlama

Kurqinyanın rus kanalında inanılmaz həyasızlığı: Şuşa...

Bakıdakı Nizami heykəlinin yaradılmasının tarixçəsi

Deqatidən Bülbüllə bağlı paylaşım - Foto

"Bayraqdar" PUA-sı məşhur platformada göstərildi

Balakəndə ruhları çağıran bakılı gözəl lənətləndi

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla