Yuxarı

Atası Mirzə Kazımbəyi öpəndən sonra ağzını yaxalayıb ki...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc Mirzə Kazımbəy Həştərxanda şotland missionerlərinin təlqini ilə xristianlığı qəbul edəndən sonra missiyanın iqamətgahında yaşayırdı. Atasına çox bağlı olduğundan ilk günlər ondan ayrı necə qalacağını heç cür təsəvvürünə gətirə bilmirdi. Buna görə də missiyada bir neçə gün keçirəndən sonra sonra atasının yanına vasitəçi göndərib onunla görüşmək istədiyini bildirmişdi. Hacı Qasımbəy görüş təklifindən boyun qaçırmamışdı, amma şərt qoymuşdu ki, onu oğlu kimi yox, hər hansı bir ingilis, fransız, ümumiyyətlə bir xaçpərəst kimi qəbul edəçək.

Kult.az xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfiri, filologiya elmləri doktoru Vilayət Quliyev qeyd edib.

V.Quliyev sözügedən görüşlə bağlı tarixi faktları yazıb:

“Hacı Kazımbəy neçə günlük intizardan sonra oğlunun yolunu səbirsizliklə gözləyirdi. Nəhayət, Məhəmməd Əli gəlib çıxanda ata heç kimin onların söhbətinə mane olmaması üçün qapını bağlamışdı. Mirzə Kazımbəyin qızı 0.A.Baratınskaya - Kazımbəy (1843-1918) "Russkiy arxiv" jurnalında atasının söhbətlərinə əsasən görüşü belə təsvir etmişdi:

“Onlar uzun müddət ağladılar. Oğlunun dinindən üz döndərməsinə baxmayaraq, ata ürəyinin övladına təbii bağlılığı qətiyyən azalmamışdı, Məhəmməd Əlinin atasına bəslədiyi məhəbbət isə lap artmışdı. Hacı Qasımbəy daha oğlunu qınamırdı, ancaq tez-tez deyirdi ki, görünür, şeytan onun ürəyinə yol tapıb; yoxsa öz Peyğəmbərindən və qoca atasından üz döndərməzdi”.

Mirzə Kazımbəy isə həmin görüşün – müsəlman ata ilə xristian oğulun ilk görüşünün təfərrüatını belə xatırlayırdı:

“Atam ayağa qalxdı ki, məni öpsün, lakin birdən yadına nə isə düşmüş kimi dayandı: “Sən pak deyilsən, mən səni necə öpə bilərəm?”. O, ikinci dəfə ayağa qalxdı, amma yenə də bir qərara gələ bilməyib oturdu. Nəhayət, atalıq hissi ürəyindəki xurafat xofuna qalib gəldi, yaxınlaşıb məhəbbətlə gözlərimdən, yanaqlarımdan, alnımdan öpdü. Sonra isə gedib ağzını bir neçə dəfə yaxaladı. Çünki dodaqları napak oğluna toxunmuşdu...”

Hacı Qasımbəy oğlunu başa düşə bilməsə də, xüsusən tək qaldığı vaxtlarda onun tutduğu işdən dəhşətə gəlsə də, saatlarla günahının bağışlanması üçün Allaha dua etsə də, ürəyindəki atalıq hissini boğa bilmirdi. Dindar qoca başqalarının yanında oğluna bəslədiyi hissləri büruzə vermirdi. Tək qalanda isə onunla əvvəlki kimi mehriban rəftar edir, sonra da öz hərəkətindən xofa düşür, dəhşətə gəlirdi. Qəzəbin və peşmançılığın ilk dalğası keçib getmişdi. Sarsılmış, ümidini itirmiş Hacı Qasımbəy artıq hər şeyi Allahın iradəsinə bağlayırdı: “Görünür, qəzavi-qədər belə imiş ki, oğlum kafir olsun. Kim Allahın hökmünə qarşı çıxa bilər?”.

Görüşlərinin birində ata oğluna bildirmişdi ki, onun dinindən üz döndərməsi xəbəri Dərbəndə çatıb və ailənin çoxsaylı qohumlarını dəhşətə gətirib. Onlar cavan Məhəmməd Əliyə artıq dünyadan köçmüş adam kimi yas məclisi qurublar, qadınlar müsəlman adətincə paltarlarını ortalığa töküb ağlayıblar...”

Tarix
2021.02.20 / 13:42
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla