Orxan Pamuk tərəfindən "Məsumiyyət muzeyi"nin kataloqu olaraq
hazırlanan "Şeylərin məsumiyyəti" bu il ilk dəfə verilən Meri Lin
Kotz mukafatını qazanaraq keçən il ABŞ-da nümayiş olunan, həm ən
yaxşı muzey və sərgi kataloqu, həm də ən ədəbi sənət kitabı
seçilib.
Mukafat mərasimində etdiyi çıxışda romanlarını oxucunun beynində
şəkillər canlandırmaq üçün yazdığını deyən Pamuk "rəsm olmadan
ədəbiyyat, yazı və mətn olmadan da bir rəsm xəyal edilə bilməz"
deyib. Beləliklə, Orxan Pamukun "Məsumiyyət muzeyi"nin kataloqu
olaraq 2012-ci ildə yazdığı "Şeylərin məsumiyyəti" yeni bir
mükafatın ilk sahibi oldu.
Meri Lin Kotz Mükafatı vizual sənətlər, ya da sənətçilər üzərinə
yazılmış jurnalistika, şeir, qurmaca, bioqrafiya, tarix və muzey
sərgisi kataloqu olaraq yazılmış əsərlər arasindan ədəbi baxımdan
ən yetkin olana verilir. ABŞ-ın ən prestijli təşkilatlarından
ikisinin (Virciniya Kitabxanası ilə Virciniya İncəsənət muzeyinin)
ilk əməkdaşlığı olan mükafat, ən məşhur Amerika rəssamlarından olan
Corc O'Keeflenin araşdırmaçısı, "Roşenberq sənəti və həyatı" adlı
kitabıyla bir çox mükafatlar qazanmış alim və yazar Meri Lin Kotzun
xatirəsinə verilir. "Şeylərin məsumiyyəti" Orxan Pamukun
"Məsumiyyət muzeyi" romanını yazdıqdan 4 il sonra muzeyi açdığı
günlərdə yazıb yayımladığı və həm muzey kataloqu, həm də İstanbulda
istifadə olunan əşyalar, koleksiyaçılar haqda düşüncələrini yazdığı
ədəbi xatirə kitabıdır. İngilis, alman, fransız, İtalyan və holland
dillərində tərcümləriylə bütün dünyada satışa təqdim olunan
"Şeylərin məsumiyyəti" yayımlandığı illərdə ABŞ-ın prestijli
nəşrlərindən "The New York Times", "Design Observer" və "The
Hiffington Post" qəzetlərində geniş araşdırma yazılarıyla əks-səda
tapmışdı. Bu il ilk dəfə verilən və Pamukun layiq görüldüyü
mükafatın digər namizədləri "Cezanne" adlı kitabıyla Aleks Dançev,
"Titan" kitabı ilə Şeyl Hala, "Aşiq sənətçilər" ilə Veronika Kavass
və "Berninin sevgilisi" ilə Sara Mak Feydir.
Oktyabrın 19-u Amerikada keçirilən mükafatlandırma mərasiminə
Amerikanın bütün nəşriyyat və muzeyləri öz kataloqları ilə
qatılıb.