Yuxarı

Speys TV-dən yeni layihə - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Speys TV-dən yeni layihə - Foto

Speys TV-də onlarla yeni layihələrə start verilib. Hazırda efirdə anonsları yayımlanan verilişlər isə ardıcıllıqla efirə buraxılır.

Bu barədə Kult.az-a telekanaldan məlumat verilib. Bildirilib ki, bu layihələrdən biri də Günel Həsənzadənin aparıcısı olduğu "Bizim Mətbəx"dir.

Qeyd edək ki, bu verilişin məqsədi Azərbaycanın qədim yeməklərini, Şərq və Qərb mətbəxini xalqa çatdırmaq, qədim türk təamlarını təbliğ̆ etməkdir.

Kanaldan bildirilib ki, qədim tarixə malik türk mətbəxi layihə sayəsində tamaşaçıların süfrəsini bəzəyəcək:

“Veriliş çərçivəsində tamaşaçıların zövqünü oxşayan müxtəlif yarışmalar keçirilir və qaliblərə özəl hədiyyələr təqdim olunur.

Verilişin əyləncəli, eyni zamanda maraqlı hissələrindən biri ən aktiv izləyicisinin studiyaya dəvət edərək öz mətbəx məharətini göstərməsidir.

"Bizim Mətbəx" tele layihəsinin ən özəl hissələrindən biri isə Azərbaycanımızın müxtəlif rayon və kəndlərinə aid, həmçinin azsaylı xalqların mətbəx ənənələrini təbliğ etmək olacaq. Belə ki, tamaşaçılar vasitəsilə müxtəlif bölgələrin özünəməxsus yemək reseptlərini öyrənəcəik və resepti təqdim edən şəxs studiyada öz məharətini göstərmiş olacaq.

Tele layihə çərçivəsində studiyaya dəvət olunan ekspertlər öz fikirlərini tamaşaçılar ilə bölüşəcəklər”.

Tarix
2021.04.07 / 15:55
Müəllif
Kult.az
Digər xəbərlər

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

Zal Yusifovun oğlunun işi: Səs yazısı var...

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla