Yuxarı

38 yaşında ölən şairin öz səsi ilə şeiri – Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün böyük Azərbaycan şairi Əli Kərimin anım günüdür.

Axar.az xəbər verir ki, 1931-ci il mart ayının 18-də Göyçay şəhərində anadan olan Əli Kərim (Kərimov Əli Paşa oğlu) 1969-cu ilin bu günü 38 yaşında vəfat edib.

1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olan şair, burada ehtiyacı olduğu yataqxana olmadığından Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə keçib, III kursdan Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirib və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Bakıya qayıtdıqdan sonra "Azərbaycan" jurnalının redaksiyasında işləyib, şeir şöbəsinin müdiri olub.

İlk nəşr olunan əsəri 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində çıxan "Təzə müəllim" şeiri olub. 1957-ci ildə Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında "İlk simfoniya" poeması mükafata layiq görülüb. İlk kitabı 1958-ci ildə Azərbaycan ədəbiyyatı dekadası münasibəti ilə Moskvada rusca çıxan "Два влюбленных" ("İki sevgili") kitabı olub. "İki sevgi" (1960), "Həmişə səfərdə" (1963), "Qızıl qanad" (1965), "Qaytar ana borcunu" (1970), "Uşaqlar və ulduzlar" (1971) "Səfərdən sonra" (1972), "Pillələr" (1978), "Цветы и хлеб" (1978), "Seçilmiş əsərləri" (I cild, 1974, II cild 1975), "Qayıt" (1983), "Pillələr" (1987), "Seçilmiş əsərləri" (2 cilddə, 1991), "Mavi nəğmənin sahilində" (1991), "Neyləyim, şeirlə dərd söyləyirəm" (1999) və s. kitabları nəşr edilib.

Əli Kərim cəmi 38 il ömür sürməsinə baxmayaraq, yazdığı şeirlərlə Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur. Avropada Motsart haqqında tez-tez işlədilən "Əgər daha çox yaşasaydı, gör nələr yaradardı" fikrini Əli Kərim haqda da deyirik.

Axar.az şairin öz səsindən "İki sevgi" şeirini təqdim edir:

İki sevgi

Gözəl qız, sən saf susan,

İki qəlb arzususan.

Mən səni sevirəm

Sususzluğun od vurub köz kimi yandırdığı

dodaq su sevən kimi.

O isə səni sevir

rahatca bardaş qurub,

- Kabab üstdən sərin su pis olmaz - deyən kimi

Gözəl qız, sən işıqsan,

Yurduma yaraşıqsan.

Mənsə səni sevirəm

iynənin ucu boyda

İşığa həsrət qalan göz işıq sevən kimi

O isə səni sevir

Bir şən mağarda, toyda,

İşıqlardan yaranmış yaraşıq sevən kimi.

Danış, ucalsın səsin,

Qısılmasın nəfəsin.

Mən ki səni sevirəm

Bakıdan, Daşkəsəndən

Gələn bir səda kimi,

Səs kimi,

Qüdrət kimi

O isə səni sevir,

Gizli deyil ki səndən,

Bir otaq küncündəki qəmli sükunət kimi.

Bu mən, bu o, bu da sən,

De görək nə deyirsən!

Amma yaxşı fikir ver bu iki məhəbbətə.

Daha heç nə demirəm

Nöqtə, nöqtə və nöqtə.

Tarix
2015.06.30 / 13:10
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Bu gün Azərbaycanda Diplomatiya Günüdür

TDT baş katibi diplomatlarımızı təbrik etdi

Ümid edirik ki, tezliklə Bakı və İrəvan... - ABŞ

Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Trampa başsağlığı verdi

Azərbaycandakı rus icması Bakını seçdi - Primakovdan etiraf

Azərbaycan sərhədində müharibə təhlükəsi: Bu gün...

Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan

Xankəndidə ABŞ-ın bu mesajını İrana çatdırdıq

Tramp və Netanyahu Xameneinin qətlini müzakirə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla