Yuxarı

Cavanşir Quliyev nadir xəstəliyə yoluxdu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəstəkar, Azərbaycanın əməkdar incəsənət xadimi Cavanşir Quliyev nadir xəstəliyə yoluxub.

Kult.az xəbər verir ki, bunu Bakupost.az-a C.Quliyev özü deyib.

O bildirib ki, uzunmüddətli müalicədən sonra səhhəti nisbətən normallaşıb:

"İndi nisbətən yaxşıyam. Dünyada çox nadir xəstəliklərdən biri ilə mübarizə aparıram. Hansı ki, 500 mində bir adamda olur. Autoimmun xəstəliyidir bu. Nədir bu xəstəliyin göstəricisi? İmmunitet sisteminin "başı" xarab olub sahibinə hücum etməyə başlayır. Məni qorumaq əvəzinə ziyan verir. Qısacası, bədənimdə olan aşırı immunitetlə mübarizə aparıram”.

Bəstəkar bildirib ki, xəstəliyə qarşı qəbul etdiyi dərmanlar digər orqanlarını sıradan çıxarır:

“Xəstəliyin fəsadları çoxdur. Məndə dəridə qaşınma və suluqlu səpkilərlə başladı. Xəstəliyə qarşı aldığım müalicələr, qəbul etdiyim dərmanlar digər orqanlarımı tədricən sıradan çıxara bilər. Bu xəstəliyin nəticəsi şərti olaraq ölümdür. Təhlükəli xəstəlikdir. Heç vaxt sağalmır. Sadəcə aparılan müalicələrlə bir müddətlik yuxuya gedir. Ömürlük mənim qardaşımdır artıq bu xəstəlik”.

Tarix
2021.07.22 / 12:50
Müəllif
Kult.az
Digər xəbərlər

Vaşinqton görüşü: Hansı razılaşma olacaq? - Ekspert

Rusiyada azərbaycanlıya hökm oxundu

Bakı-İstanbul reysi təxirə salındı

Bakıda bu binalar söküləcək - Tapşırıq verildi

Saakaşvilidən Bakı açıqlaması: Yaxında tarixi hadisə olacaq

Kreml Bakı ilə dost olsaydı belə, yenə zərbə endirəcəkdi...

İran və Azərbaycan sərhəddə işlərə başlayır - NK

Azərbaycan-Belçika birbaşa hava əlaqələri yarada bilər

Bakıda Xəzərə görə toplantı keçiriləcək

Türkmənistanda Xəzərin dayazlaşması müzakirə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla