Yuxarı

Bu gün ölən Səmədin ömür yolu: niyə 42 yaşında müğənni oldu?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün ölən Səmədin ömür yolu: niyə 42 yaşında müğənni oldu?

Bu gün koronavirusdan dünyasını dəyişən xalq artisti Səməd Səmədovun qəribə, enişli-yoxuşlu ömür yolu olub.

Kult.az xəbər verir ki, bir müddət toylarda səsgücləndirici quraşdırmaqla, sintezator ifa etməklə tanınan Səməd Səmədovun populyarlığı 90-cı illərə təsadüf edir. Onun haqqında sənət dostları hər zaman müsbət fikirlər səsləndiriblər: yaxşı, sadəqəlbli şəxs, ətrafına, komandasına münasibətdə səxavətli yoldaş.

Özünü heç vaxt korifey sənətkar, misilsiz müğənni saymırdı və füsunkar səsi olan sənət yoldaşlarına da hər zaman bunu etiraf edirdi. O, bəlkə də yeganə insan idi ki, peşəkar xanəndələrə məşhur olmasının səbəbi kimi, “Mən kütlənin nə istədiyini bilirəm və onu da verirəm” deyirdi.

Gözəl məclis aparmaq qabiliyyəti ilə seçilirdi, ancaq ifası haqda bunu demək mümkün deyildi. Heç özü də heç vaxt bu iddiada olmamışdı.

Geniş imkanları olduğu vaxt da olub, “Jiquli”yə möhtac olduğu zaman da. Son illər xüsusilə pandemiya zamanı gəlirinin kəskin azalması ona da təsirsiz ötüşməmişdi.

Səməd Səmədovda müğənni üçün lazım olan bütün keyfiyyətlər vardı: təhsil, intellekt, səhnə mədəniyyəti, xarici görünüş, sadəlik, zövqlə geyinmək və s. Səsi və ifası haqda isə yalnız bunu demək olar: Səməd Səmədovun özünəməxsus mahnıları da vardı və onlar yalnız Səmədin ifasında gözəl idi.

Səməd Səmədov 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olmuşdu.

1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçür. Müslüm Maqomayev, Fərhad Bədəlbəyli, Polad Bülbüloğlu kimi musiqi xadimləri ilə birgə Bülbül adına musiqi məktəbinin skripka sinfini bitirdikdən sonra A.Zeynallı adına Musiqi Məktəbinin nəzəriyyə sinfinə daxil olur.

1988-ci ildən Səməd Səmədov toylarda müğənni kimi çıxış edir. Niyə 1988-ci il? 42 yaşında da ifa etməyə başlayarlar? Qəribə deyilmi?

Çünki həmin vaxt azərbaycanlıların Qərbi Azərbaycandan, öz doğma yurdlarından qovulması, erməni təxribatları və Qarabağ iddiaları başlayır, xüsusilə “Bakı mühiti” adlı bir cameəni qane edən “şanson müsiqi”nin ən populyar siması Bako (Boris Davidyan) da buna görə Bakıdan getməyə məcbur olur. Bakodan sonra boşluğu dolduracaq ən ideal namizəd elə Səməd Səmədov idi.

Səməd Səmədov bu janrı yaxşı bilirdi, həm də o mühitə bələd idi. “Şanson” üçünsə xüsusi, məlahətli səs lazım deyildi.

Səməd Səmədovun ağlı və intellekti onun doğru seçim etməsinə səbəb oldu və qısa müddətdə bu ifaları iləpopulyarlaşdı. Bakonun adına çıxılan, əslində isə bakılıların “qədeş musiqiləri” Səmədin repertuarına köçdü.

2000-ci ildə əhali arasında aparılan sorğunun nəticələrinə görə Səməd Səmədov rəsmi olaraq "Toylar Kralı" adını qazandı və bu ad ona yaraşırdı. O, ən yaxşı, şən toy aparan müğənnilərdən idi.

2011-ci ildə xalq artisti fəxri adına layiq görülmüşdü.

Allah rəhmət eləsin!

Tarix
2021.07.24 / 22:43
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlərin təkbətək görüşü oldu - Foto

Prezident Tiflisdə belə qarşılandı - Foto

Prezident Tiflisdə Heydər Əliyevin abidəsini ziyarət etdi

Prezident Tiflisdə Qəhrəmanlar Memorialını ziyarət etdi

Prezident və xanımı Gürcüstana getdi

Bakıdan Kremlə Qarabağ xatırlatması: Heç bir ölkə...

Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...

Zori Balayan öldü

Rövnəq Abdullayevlə bağlı qərar: 16 illik fəaliyyət dövrü

Xəzərin səviyyəsi 20 illik azalmadan sonra sabitləşdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla