Yuxarı

Rus jurnalistin Nobel alması ermənilərə “od qoydu”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus jurnalistin Nobel alması ermənilərə “od qoydu”

Bu il Nobel Sülh Mükafatı alan iki jurnalistdən biri rusiyalı Dmitri Muratovdur (digəri flippinli Mariya Ressadır).

Kult.az xəbər verir ki, “Novaya qazeta”nın baş redaktoru olan Dmitri Muratovun Nobel Sülh Mükafatına layiq görülməsi erməni təbliğatına ciddi zərbə olub.

Məsələ bundadır ki, D.Muratov Rusiyada müstəqil medianın ən ünlü simalarından biri olmaqla yanaşı, hər zaman erməni separatizminə qarşı çıxıb və 44 günlük savaşda da Azərbaycanın haqq davasını dəstəkləyib.

Media üzrə mütəxəssis, professor Qulu Məhərrəmli bildirib ki, Qarabağdakı erməni separatizminin əleyhdarı kimi tanıdığımız “Novaya qazeta”nın baş redaktoru Dmitri Muratovun Nobel alması Kremli pərt etsə də, Rusiyanın demokratik qüvvələrini, Navalnı tərəfdarlarını xeyli ümidləndirib:

“Onun mükafatla bağlı dediyi “bu, mənim xidmətim deyil, “Novaya qazeta”nın xidmətidir. İnsanların söz azadlığı hüququnu qoruyan, bu yolda öldürülənlərin xidmətidir” sözləri geniş rezonansa səbəb olub”.

Professor xatırladıb ki, Rusiyada insan haqlarını qoruyan, həmçinin hakimiyyətin korrupsiya əməllərini ifşa etdiyi üçün qətlə yetirilmiş məşhur rus jurnalistlərinin bir çoxu, o cümlədən Anna Politkovskaya məhz bu qəzetdə çalışmışdı.

Tarixçi alim Zaur Əliyev isə 44 günlük müharibə dövründə Azərbaycana media dəstəyi verən Muratovun erməniləri susdurduğunu, ölkəmiz barədə əsl həqiqətləri dünyaya çatdırdığını yada salıb:

“Muratovun müharibə dövründə Azərbaycan bayrağı fonunda şəkli onsuz da erməniləri dəli etmişdi, Nobel Sülh Mükafatı alması isə ermənilərə əməlli başlı od qoydu”...

Tarix
2021.10.10 / 09:00
Müəllif
Kult.az
Oxunub
13 981
Digər xəbərlər

Abbas Arakçı Azərbaycana təşəkkür etdi

İrana quru hücumu sabah başlayır: BƏƏ niyə yardım edir?

İlham Əliyev banqladeşli həmkarını təbrik etdi

Rusiyadan İrana göndərilən yardım "Qaradağ"a çatdı

"Labubu" oyuncaqları rekord gəlir qazandırdı

Neft-qaz sektorunda azalma baş verdi, əvəzində... - Ekspert

ABŞ və İranın qəbuledilməz şərtləri: kim geri çəkilir?

Yaxın Şərqdə gərginlik: bu layihənin əhəmiyyəti artmaqdadır

Heç kəs xəyal etmirdi: İran gözləntiləri darmadağın etdi

Zəngəzur dəhlizi bizim üçün unikal yerdir - Mitsidis

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla