Yuxarı

Tural Gəncəliyev niyə ermənicə öyrədir? - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir qurum vardı, Ordumuzun zərbələrindən sonra düşmənin tifaqı kimi dağıldı. Düzdür, onun dağılması üçün Tural Gəncəliyevə bir neçə ay lazım gəldi – halbuki ermənilər 44 günə darmadağın olmuşdu.

Söhbət “Dağlıq Qarabağın azərbaycanlı icması” adlı keçmiş təşkilatdan gedir. 44 günlük müharibədə qazandığımız zəfərdən dərhal sonra bu qurumun mənasızlaşdığı, adının dəyişməsinin vacib olduğu barədə dəfələrlə yazsaq da, sözümüz Tural Gəncəliyevə çatınca xeyli zaman keçdi. Halbuki T.Gəncəliyevin o quruma rəhbər gəlməsindən ən çox sevinən elə media cameəsi idi.

Gəncdir, diplomatdır, təcrübəsi var, bir neçə dili mükəmməl bilir, özünü ifadə etmək bacarığı da kifayət qədərdir. Onun tədbirlərdə mürgüləyən və nitqi ilə fizioloji quruluşunu tamamlayan sələfindən tam fərqli olacağını düşünürdük. Oldu da – ancaq təəssüf ki, Tural Gəncəliyev diplomata yaraşmayan elə ciddi səhvlər edir, adam təəccüblənməyə bilmir.

Deputat ötən gün bəyan edib ki, erməni əsilli Azərbaycan vətəndaşlarının Azərbaycan cəmiyyətinə yenidən inteqrasiyasına töhfə vermək üçün biz erməni dili kursları təşkil edirik: “Biz erməni dilini öyrənirik, biz erməni dilində danışırıq, biz erməni dilini öyrədirik”.

Azərbaycan Prezidenti İlham Əliyev bir müddət öncə elan etdi ki, Qarabağ iqtisadi rayonunun rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında məskunlaşdırılan ermənilərin sayı təxminən 25 min civarındadır. Bundan bir qədər sonra isə bəlli oldu ki, daha 5 mindən çox erməni Qarabağın separatçı gedələrinin əlindən qaçıb və hazırda orda 19.800 civarında erməni yaşayır.

Tural Gəncəliyev bu 19.800 ermənini Azərbaycan cəmiyyətinə inteqrasiya etmək üçün nə qayırsa yaxşıdır? Erməni dilini öyrədir…

Bir azlığın, həm də 20 minlik etnik azlığın 11 milyona çatan çoxluğa inteqrasiyası üçün o 20 minin danışdığı dili öyrənmək təşəbbüsünü irəli sürmək və bunu həyata keçirdiyini pəhəpəhlə elan etmək üçün nə boyda diplomat və deputat olmaq lazım gəldiyini anlamaqda çətinlik çəkirəm. Ancaq dünya siyasi, ictimai, elmi, fəlsəfi fikri, dövlətçilik ənənəsi və düşüncəsi deyir ki, 20 minlik, lap 50 minlik azlığın dövlətin aparıcı etnosuna inteqrasiyası üçün bu azlıq dövlət dilini öyrənməlidir.

Yəni, əziz və dəhşətli dərəcədə hörmətli Tural Gəncəliyev anlamırmı ki, 20 minlik erməni azərbaycancanı öyrənməli, bizim cəmiyyətə inteqrasiya olunmalıdır? Bu şəxs başa düşmürmü ki, erməni dil kursları yox, ən yaxşı halda ermənilər üçün Azərbaycan dili kursları açmaq lazımdır ki, heç buna da ehtiyac yoxdur: onlar hər zaman bizim dili əla mənimsəyiblər və qısa müddətdə yeni nəsilləri də öyrənəcək. Çünki buqələmunluq onların canındadır.

20 minlik azlıq üçün hətta onun öz dilində tam orta məktəb və yaxud ali məktəbə də heç bir ehtiyac yoxdur – ultratolerant olsaq belə, yenə də ən yaxşı halda ibtidai sinifdə fənn kimi həftədə bir dəfə erməni dili öyrədilə bilər, həmçinin ali məktəbin kafedralarından biri ermənişünaslıq adlana bilər – bəlkə də. Bəs, bu “biz erməni dilini öyrənirik, biz erməni dilində danışırıq, biz erməni dilini öyrədirik” lozunqu-şüarı-slaqonu hardan çıxdı? “Biz” deyəndə Tural Gəncəliyev kimi nəzərdə tutur? 10 milyonluq xalqı, yoxsa öz “kruqunu”?

Tural Gəncəliyev, siz nə danışdığınızın, nəyi ifadə etdiyinizin fərqindəsinizmi? Özünüzü qalib və unitar ölkənin - millət vəkilini qoy bir kənara - vətəndaşı kimi aparmağı niyə öyrənməmisiniz? Siz hardan bu yekəlikdə “tolerant” oldunuz? Nəyi təbliğ edirsiniz bu millətə?

Bu ölkənin dövlət dili Azərbaycan dilidir. Kim bu ölkənin tamhüquqlu vətəndaşı olmaq istəyirsə, bütün sivil toplumlarda olduğu kimi, azərbaycancanı öyrənməyə borcludur.

Ümumiyyətlə, Tural Gəncəliyev, sizdə hər şey qaydasındadırmı? Yəni qəza-zad keçirmə, yaxud beyin silkələnməsi-şey olmayıb ki?!

Yaxşı həkimlərimiz var - elə deputat həmkarlarınızın da arasında. Biz onlardan sizin üçün xahiş edə bilərik…

Tarix
2021.10.14 / 16:39
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla