Yuxarı

Azərbaycanı birləşdirən simvol: Xudafərin – Zaur Əliyev

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xudafərin körpü olmaqdan əlavə, həm də zaman-zaman Azərbaycanı birləşdirən simvol rolunu oynayıb. Bu körpü bizim üçün həm tarixi, həm də strateji baxımdan çox əhəmiyyətlidir. Körpünün yerləşdiyi ərazi də strateji baxımdan mühümdür. Körpünün işğaldan azad edilməsi tarixi hadisədir.

Bunu Kult.az-a tarixçi alim, dosent Zaur Əliyev Xudafərin körpüsünün Ermənistan işğalından azad edilməsinin ildönümü ilə bağlı danışarkən deyib.

“Ermənistan silahlı birləşmələrinin 1993-cü ildə işğal etdiyi Cəbrayıl rayonunda yerləşən Xudafərin körpüsünün üzərində 27 il sonra Azərbaycan bayrağı ucaldıldı. Qarabağda parlaq qələbələrə imza atan Müzəffər Ordumuz bu dəyərli abidəni özümüzə, əsl sahibinə qaytardı. Beləliklə, 2020-ci il oktyabrın 18-i tariximizə daha bir şanlı gün kimi yazıldı”, - tarixçi qeyd edib.

Z.Əliyevin sözlərinə görə, Xudafərin körpüsü haqqında ilk məlumat VIII-IX əsrlərə aiddir:

“Körpü Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən karvan yolunun üstündə tikilib. O, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyır. Araz çayının ən dar, qayalıqla əhatələnən yerində inşa edilmiş ilk körpü VIII əsrin sonu – IX əsrin əvvəllərindən başlayaraq XIX əsrə kimi fəaliyyət göstərib. Araz çayı üzərində 2 Xudafərin körpüsü bizə məlumdur. Onlardan birincisi Baş Xudafərin körpüsü adlanır, uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir. Bu körpülərin nə vaxt inşa edilməsi haqqında tarixdə yekdil fikrə rast gəlinmir. Lakin Baş Xudafərin körpüsünün daha qədim olması ehtimal edilir”.

Zaur Əliyev qeyd edib ki, körpüləri inşa etdirən şəxsin adı barədə tarixi mənbələrdə heç bir dəqiq yazılı məlumat yoxdur:

“Araşdırmaçıların çoxunun fikrincə, hər iki körpünün dayaqları çayın ortasında olan təbii sal daşlar üzərində qurulduğundan onlara “Xudafərin” adı verilib. Hələlik Xudafərin körpülərinin sirri açılmayıb. Sovet dönəmində Xudafərin körpüsü üzərində sərhəd xidmətinin yerləşməsi, eləcə də körpünün yaxınlığında su elektrik stansiyasının tikilməsi onun müstəsna strateji əhəmiyyət daşıdığını göstərir. Araz üzərində çoxlu körpü atılsa da, onlardan ən bəllisi Xudafərin körpüləridir. Xudafərin dərəsi Araz çayı yatağında ən əlverişli keçidlərdən biri olub. Burada genişlənən çay yatağında iri qayalıq sahələr var. Qədim dövr və orta əsrlərdə həmin keçidin kommunikasiya vasitəsi olaraq necə böyük rol oynadığına qayalıqlar üstündə ucaldılan iki qədim körpü şahidlik edir”, - alim deyib.

Tarix
2021.10.18 / 16:00
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Rusiya Ermənistana qaz nəqlini dayandırır - Səbəb

70 kq qızılla saxlanılan Məmmədovla bağlı yeni qərar

Sonsuz qardaşlıq - IV təlimindən yeni görüntülər - Video

Nuri Paşanı yad edirəm, Azərbaycana salamlar... - Ərdoğan

Əli Əsədov Su Hui ilə görüşdü

Qafqazda artıq sülh dövrü başlayıb - Prezident

Şuşada külli miqdarda silah-sursat aşkarlandı - Birgə məlumat

İlham Əliyev Türkiyənin Baş Qərargah rəisini qəbul etdi

Azərbaycan-NATO tərəfdaşlığı müzakirə olundu - Foto

Ermənilər öz həyatlarını Ermənistanda tapmalıdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla