Yuxarı

“Boz kardinal” necə yaranıb və hansı gücü ifadə edir...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Boz kardinal” necə yaranıb və hansı gücü ifadə edir...

Tarixdə “Boz kardinallığın” əsasın qoyan Arman-Jan dyu Plessi de Rişelyedir.

“Boz kardinal” (fr. Éminence grise - boz ucalıq) – “pərdə arxasında” qeyri-dövlət və ya qeyri-rəsmi güclü qərar qəbul edən və ya məsləhət verəndir.

Bizim tarixdə “boz cardinal”lar lələlər, atabəylər olublar. Lakin bizdəki lələ və atabəylər dövləti idarə etməyə təşəbbüs göstərməyiblər. Tarixdə ilk dəfə “Boz kardinal” olaraq dövləti və kralı idarə edən şəxs Rişelye olub.

Niyə ona “Boz cardinal” deyirdilər. Əslində, bu adı ona qazandıran Fransua Le Kler du Trembl idi. O, Rişelyenin gizli diplomatik tapşırıqlarını yerinə yetirirdi. Hərçənd ki, özü kardinal deyildi, amma Rişelyenin ən etibarlı adamı idi.

O, daim boz rahib paltarı geyindiyinə görə sarayda ona “boz kardinal” (Rişelye isə “qırmızı kardinal” idi) deyirdilər.

Rişelye öz oyunlarını məhz bu adam üzərindən qurduğu üçün “Boz cardinal” adını almışdı. “Boz kardinal” ifadəsi sonradan kölgədə qalan, lakin güclü təsirə malik şəxs mənasında işlədilməyə başladı: yəni rəsmi hakimiyyəti yox, əsl gücü əlində saxlayan adam.

XIII Lüdovikin atası IV Henri 1610-cu ildə qətlə yetiriləndə onun cəmi 8 yaşı olduğundan dövlətin idarəçiliyi müxtəlif qüvvələrin əlinə keçmiş, pərən-pərən olmuş, ölkə vətəndaş müharibəsinin astanasına çatdırılmışdı. Bu səbəbdən yetkinlik yaşına çatan kral 1624-cü ildə ölkənin baş naziri vəzifəsinə savadlı və hiyləgər siyasətçi-kardinal Rişelyeni dəvət edir. Rişelye əvvəlcə din xadimi idi.

İlk anlardan etibarən Rişelye kralın sevgisini qazana bilməsə də, hər hadisədən sonra XIII Lüdovik Rişelyenin təsirinə daha çox düşürdü. Kral ailəsi Rişelyeyə isti münasibət göstərmirdi - kraliça, ana-kraliça və hətta kralın yeganə qardaşı hersoq Qaston Orleanlı Rişelye üzərində təsir əldə etmək üçün çoxsaylı qəsdlər hazırlayırdılar. Lakin hamısının üstü qısa zamanda açılır və cəzalanırdılar. Müxalifəti asanca ələ almağı bacaran Boz kardinal onları krala təsir vasitəsi kimi saxlayırdı. Uzun müddət krala qarşı qatı müxalif olan şəxs Rişelyenin adamı olurdu və sonradan dövlətdə müəyyən vəzifə tutur və müxalifətə düşmən kəsilirdi.

Rişelye mərkəzi hakimiyyəti möhkəmləndirdi, parlamentlər kral hakimiyyətinə tabe edildi, dini işlərə nəzarəti kralın əlində cəmləşdirdi. Faktiki olaraq isə parlament, dini qurumlar və nazirlər onun icazəsi ilə seçilirdi. Kral elə bilirdi ki, ətrafı ona sadiqdir.

Lakin Rişelye de-yure onlara hakim idi. Kralın həyat yoldaşı öz qohumları vasitəsilə ona təsir etməyə çalışıb öz adamlarını hakmiyyətdə yerləşdirmək istəyəndə Rişelye kralı və ailəsini qısa zamanda taxtdan salmaqla hədələmişdi və fakitiki buna gücü var idi.

Rişelyenin baxışlarını müdafiə edən zadəganlar onun dəstəyini aldılar. Müxalifətçilərə qarşı daha qəddarcasına davrandılar. 1626-cı ilin yayında kralın ögey qardaşı hersoq Lonqvil, markiz Şale, hersoginya Şevrez Avstraliyalı Annanın dəstəyi ilə kardinal əleyhinə sui-qəsd təşkil etdilər. Sui-qəsdin üstü açılır. Dostları tərəfindən tərk edilmiş Şale eşafota başını qoyur.

Rişelye pulu və var-dövləti çox sevirdi. O, ölkədə ən varlı adam idi. Faktiki olaraq kral və ailəsi onun əlində olan bir vasitə idi. Boz kardinal Fransanın sahibi idi.

O özünü “Tanrının xidmətində, kralın və Fransa dövlətinin qulu” adlandırırdı.

4 dekabr 1642-ci ildə Parisdəki Palais-Kardinal (indiki Luvr sarayının bir hissəsi) binasında dünyasını dəyişdi.

Kardinalın ölüm xəbərini eşidən Papa VIII Urban demişdi: “Əgər Allah vardırsa, onda kardinal Rişelye çox işlərə görə onun qarşısında cavab verəcəkdir. Əgər yoxdursa, onda o, uğurlu ömür sürmüşdür”.

Tarix
2025.10.16 / 10:43
Müəllif
Zaur Əliyev
Digər xəbərlər

Tramp istəyir: Azərbaycan ordu göndərəcəkmi?

Paşinyan Əliyevlə görüşündən danışdı

Prezident Mariyana Kuyundziçi qəbul etdi - Foto

Mehdiyevin həbsi ilə deputat partiyadan qovuldu... - Təsadüf?

Prezident yeni səfiri qəbul etdi - Foto

İlham Əliyev BMT rəsmisini qəbul etdi - Foto

Əhmədzadə ilə Mehdiyev işində əlaqə... - Millət vəkili

Mehdiyevin ən yaxın adamı danışdı: Özümə borc bilirəm

İlham Əliyev Qazaxıstana gedir

Erməni jurnalist Mehdiyevi belə müdafiə etdi - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla