Yuxarı

Nazirlikdən film festivalı ilə bağlı qalmaqala münasibət

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət Nazirliyi və “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi XII Bakı Beynəlxalq Qısa Filmlər Festivalı ilə bağlı qalmaqala aydınlıq gətirib.

Nazirlikdən Kult.az-a bildirilib ki, bununla bağlı məsələlərə müdaxilə etməyiblər.

Qeyd olunub ki, festivalın təşkilatçısı “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzidir:

"Nazirlik Azərbaycanın ən yaxşı filmlərinin seçilməsi üçün keçirilən beynəlxalq tədbirə müəyyən maliyyə dəstəyi göstərib. Festivalın Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənən hissəsinin büdcəsində mükafat fondu üçün hər hansı bir məbləğ nəzərdə tutulmayıb. Mükafatçılar üçün nəzərdə tutulan vəsaitlə bağlı sorğu festivalın təşkilatçısına ünvanlanmalıdır. İki nominasiyada heç bir filmə mükafatın verilməməsi münsfilər heyətinin qərarıdır. Nə Mədəniyyət Nazirliyinin, nə də təşkilat komitəsinin münsiflər heyətinin rəyinə müdaxilə etməsi mümkün deyil".

“Cinema” Gənc Kinematoqrafçılar Mərkəzindən isə vurğulanıb ki, festivalın əsas dəstəkçisi Mədəniyyət Nazirliyi olub:

"Ancaq tədbir daxilində hələ bir neçə ay öncədən elan olunan mükafat fondunun yaradılması ideyası isə festival komandasına, birbaşa olaraq "Cinema" Gənc Kinematoqrafçılar Mərkəzinə məxsusdur. Festivalın “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx” nominasiyasının qalibinə pul mükafatları da məhz mərkəzin - festivalın təşkilat komandasının hesabına ödəniləcək. “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi ilə Mədəniyyət Nazirliyi arasında mükafat fondu ilə bağlı heç bir müqavilə və razılaşma olmayıb. Bu təşəbbüs bizim yerli gənc rejissorlar üçün nəzərdə tutduğumuz bir stimul formasıdır".

"Bu il münsiflər heyətinin qərarına əsasən, “Ən yaxşı sənədli film”, “Ən yaxşı sosial çarx” nominasiyaları üzrə qaliblər müəyyənləşdi və onlara ayrı-ayrılıqda pul mükafatı veriləcək. Münsiflər heyətinin qərarına əsasən, digər iki nominasiyaya (“Ən yaxşı bədii film”, “Ən yaxşı animasiya filmi”) heç bir film layiq görülmədi. Bu, çox normal haldır. Buna həm də dünya festivalları təcrübəsində rast gələ bilərsiniz. Festivalda iki müsabiqə bölməsi mövcuddur: beynəlxalq və yerli. Festivalın qaydalarına görə, münsiflər heyəti onlara həvalə olunan yarışma proqramındakı filmlərə baxıb dəyərləndirməlidir. Sözügedən mərhələdə seçim məhz münsiflər heyətinindir, festivalın təşkilat komitəsi bu qərara müdaxilə edə bilməz. Təəssüf ki, bizim təklif etdiyimiz pul mükafatına 4 nominasiyadan yalnız ikisi layiq görüldü və təşkilat komitəsi olaraq münsiflər heyətinin bu seçimini normal qarşılayırıq. Eyni zamanda festival komandasının öz təşəbbüsü ilə elan olunan mükafat fondunun hansı qurum tərəfindən təsis olunmasını dəqiqləşdirmədən yerdə qalan vəsaitin mənimsənilməsi haqqında müxtəlif fikirlər irəli sürüldü. Bir daha bildirmək istəyirik ki, mükafat fondu ilə bağlı təşəbbüs festivalın özünə aiddir və məqsədimiz məhz yerli gənc müəlliflərə stimul verməkdir", - Mərkəzdən deyilib.

Qeyd edək ki, noyabrın 23-də Nizami Kino Mərkəzində XII Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçirilib. Tədbirdən bir həftəyə yaxın müddət keçməsinə baxmayaraq, müsabiqə ətrafında qalmaqal səngimir. Belə ki, bu il mükafat fondu 5 000 AZN olan yerli müsabiqədə “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx” nominasiyaları üzrə qaliblər seçilməli idi. Lakin “Ən yaxşı bədii film” və “Ən yaxşı animasiya filmi” nominasiyaları üzrə qaliblər müəyyənləşməyib. Bu da müsabiqəyə film təqdim edən gənc rejissorlar arasında nazarılıqlara səbəb olub.

Xatırladaq ki, bu il festivala 72 ölkədən 3 217 qısa film göndərilib. Bunlardan 82 film yerli müsabiqəyə təqdim edilib. Festivalda yerli müsabiqədə “Ən yaxşı sənədli film” nominasiyasının qalibi “Papanin” filminin rejissoru Türkan Hüseynova, “Ən yaxşı sosial çarx” nominasiyasında “Korona incəsənətə yardım” sosial çarxının müəllifi Cavid Səmədov olub.

Tarix
2021.11.30 / 13:35
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla