Elə romanlar var ki, nə
qədər uzun olmasından asılı olmayaraq oxucu onu böyük həvəslə
oxuyur, kitabın sonuna necə gəlib çıxdığını belə hiss etmir. Bu tip
kitablara Dostoyevskinin bəzi romanlarını, Lev Tolstoyun "Hərb və
sülh"ünü və onlarla digər kitabı misal göstərmək olar.
Bəs dünyanın ən uzun romanları hansılardır?
Axar.az "Qardian"ın tərtib etdiyi tarix boyu yazılan ən uzun 10
kitab siyahısını təqdim edir (Qeyd edək ki, Azərbaycan oxucusuna
tanış olan bəzi əsərlər (məsələn, "Hərb və sülh") nədənsə bu
siyahıya salınmayıb):
1. Kalki Krişnamurti – "Ponninin oğlu" – 2400
səhifə
Bu kitabın qələmə alınması üçün 4 il vaxt lazım olub.
2. Madlen de Skyuderi – "Artamen" – 13095
səhifə
10 cilddə yazılan bu kitabda 2 milyondan çox sözdən istifadə
olunub.
3. Mahmud Dovlatabadi – "Kelidar" – 2836
səhifə
1984-cü ildə yayımlanan bu əsəri ərsəyə gətirmək üçün 14 il vaxt
sərf olunub.
4. Tomas Menn – "Yusif və qardaşları" – 1492
səhifə
1926 – 1942-ci illərdə yazılan bu roman 4 cilddən ibarətdir.
5. Samuel Riçardson – "Klarisa" – 1534
səhifə
1748-ci ildə yayımlanan bu roman gənc qızın faciəsindən bəhs
edir.
6. Karl Knausqard – "Mübarizəm" – 3600
səhifə
Norveçli yazıçı Karl tərəfindən 2009-2011 illərində qələmə
alınan bu əsər avtobioqrafikdir. Bütün dünya oxucuları tərəfindən
böyük maraqla qarşılanan roman 22 dilə tərcümə olunub.
7. Arno Şmidt – "Zettels Traum" – 1536
səhifə
1979-cu ildən oxuculara təqdim olunan bu roman Şmidtin ən yaxşı
əsəri kimi tarixə düşüb.
8. Robert Musil – "Keyfiyyətsiz adam" – 1774
səhifə
Avstriyalı yazıçı Robert Musilin "Keyfiyyətsiz adam" romanı
günümüzün modern roman anlayışının əsaslarından birini təşkil
edir.
9. L. Ron Hubbard – "Vəzifəmiz dünyadır" – 3992
səhifə
Bu kitab uzun müddət bestseller siyahılarında rəhbərliyi qoruyub
saxlamağa müvəffəq olub.
10. Marsel Prust – "İtirilmiş zamanın axtarışında" –
3031 səhifə
"İtirilmiş zamanın axtarışında" romanı XX əsrə damğasını vuran
əsərlərdən biridir.