Yuxarı

Əsəbi vəziyyətdəyik, bizdən cavab istəyirlər...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında Azərbaycanı təmsil edən "Şuşa" komandasının adı dəyişdirilərək "Buta" edilməsi "Bu şəhərdə" komandasına da təsirsiz qalmayıb.

Kult.az xəbər verir ki, bu haqda Teleqraf.com-a açıqlamasında əməkdar artist Rafael İsgəndərov məlumat verib.

O, "Bu şəhərdə" komadasının sosial şəbəkələrdə təhqirlərə məruz qaldığını açıqlayıb:

"Bəzi insanlar eşitdiyimizə görə, deyirlər ki, "Bu şəhərdə"nin konsertlərinə gəlməyəcəyik, boykot edəcəyik. Düzdür, bu hərəkətlə Müşfiq Abbasovu özümüzdən kənarlaşdırmırıq. Amma bizim KVN komandası ilə heç bir əlaqəmiz yoxdur.

Bizim konsertimizə gəlsələr də sağ olsunlar, gəlməsələr də. Bizi təhqir edirlər ki, bu sizin üçün arvad paltarı geyinmək deyil. Məqalə yazıblar ki, "Bu şəhərdə" bu şəhərə hansı üzlə qayıdacaq?! Mən harasa getmişəm?! Nə etmişəm ki, xalqımın üzünə çıxa bilməyim. Bildiklərini də, bilmədiklərini də danışırlar.

Hazırda Coşqun Rəhimov da, mən də əsəbi vəziyyətdəyik. Heç kimə də cavab vermək istəmirik. Görürəm ki, haqqımızda artıq-əskik yazırlar. KVN komandası ilə gənclik dövründə də iştirak etməmişəm".

Rafael İsgəndərov Müşfiq Abbasovla dostluq münasibətlərini bir daha vurğulayıb: "Biz illərin dostuyuq. Amma KVN-lə "Bu şəhərdə"nin heç bir əlaqəsi yoxdur. İki-üç gündür, əzizlərimə, doğmalarıma cavab verməli oluram. İstəməzdim ki, belə bir hal olsun. Amma olub...Bununla biz Müşfiq Abbasovdan imtina etmiş olmuruq, bu, düzgün çıxmaz. İnsanın bir səhvinə görə üstündən xətt çəkmək düz deyil. Müşfiq Abbasovun özü suallara cavab verəcək. Yəqin ki, özü analiz, götür-qoy edir. Gəlin, səbrli olaq".

Məsələ ilə bağlı Müşfiq Abbasovla əlaqə saxlamağa çalşsaq da zənglərimizə cavab verməyib.

Qeyd edək ki, Müşfiq Abbasov "Bu şəhərdə" komandasının prodüseridir.

Tarix
2022.01.24 / 12:53
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla