Yuxarı

Qadın dəlisi olan rəssam

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qadın dəlisi olan rəssam

Əsgərliyə getsəydim, general olardım. Lakin mən rəssamlığı seçdim və Pikasso oldum

Bu gün rəssamın doğum günüdür.

Dünyanın elə bir yeri yoxdur ki, rəssamlıqdan danışılanda Pikasso adı çəkilməsin. XX əsrdə yaşamış bu dahi rəssamın yaradıcılığı hər kəs tərəfindən bəyənilmir. Lakin istedadı gizlətmək mümkün deyil, hətta onun opponentləri belə, Pikassonun yaradıcılığına hörmət edirlər. Onun nailiyyətinə qibtə etmək olar.

Həyatda ilk sözü "karandaş" olan rəssam

Pikassonun 132-ci ad günü münasibətilə rəssamın həyatından ən maraqlı faktları sizə təqdim edirik.

Kiçik Pablo adi insanlardan fərqli olaraq ilk dəfə danışmaqdan qabaq şəkil çəkməyi öyrənir. Onun ilk sözü isə karandaş olur. Pikassonun 7 yaşı olanda rəssam və incəsənət professoru olan atası ona şəkil çəkməyi öyrədir. Tezliklə atası oğlunun rəssamlıqda onu üstələdiyini görür və rəssamlıqdan imtina edəcəyinə and içir. Bildirək ki, Barselonadakı rəssamlıq məktəbinə qəbul imtahanını başqaları bir ay ərzində verəndə, Pikasso cəmi bir gün içində verir.

Pikasso "Pikador" adlı ilk rəsmini 9 yaşında, ilk akademik-professional rəsmini isə 15 yaşında olarkən işləyir.

Pablo məktəbdə oxuyarkən müəllimlərə qarşı pis rəftarına görə tez-tez oturacaq və ağ divarlardan ibarət xüsusi otağa qoyulur. Məhz bu otaq onun şəkil çəkməsi üçün əlverişli olur. Rəssamın sözlərinə görə, o heç vaxt bu otaqdan çıxmaq istəmirmiş.

Qadınlara olan ehtiras

Heç bir məşhur rəssamın həyatında qadınlarla olan eşq macəraları Pablo Pikassodakı qədər ola bilməz. Qadınlar ona hava kimi lazım idi.

Pikasso Mari-Terez Valterlə Parisdəki Lafayet qalereyasında tanış olur. Məhz o, rəssamın ən məşhur şedevr əsərlərindən biri olan "Arzu" adlı rəsm işinin modeli olur. Qeyd edək ki, bu rəsm əsəri cəmi bir gün ərzində çəkilir.

Pikasso 21 yaşlı Fransuaza Jiloyla tanış olanda onun 61 yaşı vardı. Məlumat üçün bildirək ki, Fransuaza rəssamdan ayrılan ilk qadın idi.

Baxmayaraq ki, rəssam şəkillərinə görə məşhur idi, o, eyni zamanda keramika, qrafika və heykəltəraşlıq ilə də təcrübələr aparıb. Hətta Pikasso iki pyes və şeirlər müəllifidir.

Tarix
2013.10.25 / 15:11
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

Çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla