Yuxarı

122 yaşlı tarixi hamam bərpa olunacaq - Dövlət Xidməti

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
122 yaşlı tarixi hamam bərpa olunacaq - Dövlət Xidməti

Sosial şəbəbkələrdə yayılan görüntülərdə Sabirabad rayonunda 122 yaşlı tarixi hamamın məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı görünür.

Tarixi hamam 1900-cü ildə Seyid Mirmusa Tağıyev tərəfindən inşa edilərək istifadəyə verilib. Hazırda isə tarixi hamam məhv olmaq təhlükəsi ilə üzləşib.

Kult.az xəbər verir ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova Trend-ə tarixi hamamın dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidəsi kimi Dövlət Xidmətinin nəzarətində olduğunu bildirib.

O deyib ki, XIX əsrin sonlarında inşa olunan hamam bir neçə ilə öncəyə qədər istifadə edilib. Hazırda isə hamamın bərpaya ehtiyacı var:

"Adıçəkilən abidənin bərpası dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib. Tarixi abidələr müvafiq siyahıya daxil edilərək mərhələli şəkildə bərpa, konservasiya işləri həyata keçirilir.

“Tarix və Mədəniyyət Abidələrinin Qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən abidələrin qorunması, öyrənilməsi, bərpası və konservasiyası dövlət büdcəsindən və yerli büdcələrdən ayrılan vəsaitlərlə yanaşı, fiziki və hüquqi şəxslərin maliyyə yardımları, ianələri hesabına da həyata keçirilə bilər.

Bu baxımdan Dövlət Xidməti olaraq ölkə ərazisində bərpa-konservasiyaya ehtiyacı olan bu tip abidələrin qanunvericilik çərçivəsində fiziki və hüquqi şəxslər tərəfindən müvafiq işlərin icrası üçün təşviqat işləri də aparılır".

Tarix
2022.05.13 / 16:21
Müəllif
Axar.az
Digər xəbərlər

12 günlük müharibədə Xamenei niyə aradan götürülmədi?

İranda hakimiyyətə Səfəvilər sülaləsi gəlsin - Buşun müavini

Prezidentdən bu nazirlə bağlı sərəncam

Zərbə hazırlıqları başladı - Arakçının zəngi nəyi dəyişəcək?

Fuad Qəhrəmanlı DTX-yə çağırıldı, məlum oldu ki...

Azərbaycanda bu 8 dövlət qurumu ləğv edildi

Solovyovun it kimi hürməsi... - Rubinyan

Bu ölkə səfirləri İran XİN-ə çağırıldı

Xameneiyə xatırlatma: Şah da etirazları qanla yatırmışdı

Bakı İsraildəki bu layihəyə 270 milyon yatıra bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla