Yuxarı

Həmkarları Mehdixanlının müdafiəsinə qalxdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həmkarları Mehdixanlının müdafiəsinə qalxdı

Aktrisa Bəsti Cəfərovanın müsahibəsində xalq artisti Nurəddin Mehdixanlının Akademik Milli Dram Teatrında kampaniya təşkil etməsi ilə bağlı səsləndirdiyi fikirlərə teatrın aktyorları cavab verib.

Axar.az teatrın aktyorlarının xalq artisti Bəsti Cəfərovanın ittihamlarına münasibətini təqdim edir.

Firəngiz Mütəllimova: "Bəsti Cəfərova öz adından danışsın. O, səhv eləyir. Şəxsən mən özümə qarşı olan haqsızlıqlara görə İsrafilovdan şikayətçi olmuşam. Heç bir kampaniyadan söhbət gedə bilməz. Nurəddin Mehdixanlı mənə zəng etməyib, mən onların yanına getmişəm. Bəsti Cəfərova həqiqəti bilmir, ona görə bizim adımızdan danışmasın, öz adından danışsın".

Ramiz Məlik: "Nurəddin Mehdixanlı dünən özü Bəsti Cəfərovanın cavabını layiqincə verdi, hamımızın da ürəyindən oldu. Onun ittihamları haqda nə lazımdırsa, Nurəddin Mehdixanlı deyib".

Əli Nur: "Bəsti Cəfərova çox böyük səhv eləyir. Hərçənd ki, mənim yaxın dostumdur. Niyə axı Nurəddin Mehdixanlının kampaniyası olmalıdır? Nurəddinin öz fikri, ambisiyası var, mənim və başqalarının da öz fikrimiz. Bəsti Cəfərova tamamilə yanlış fikirdədir. Problem ondadır ki, İsrafil İsrafilov Akademik Milli Dram Teatrının aktyorlarını sevmədi. Sevsəydi, biz onu əllərimiz üstündə, göyün yeddinci qatında gəzdirərdik. O, bizə nifrət elədi, təhqir elədi. 5 il teatrın nə açılışında, nə bağlanışında bizlə bir yerdə oldu. Məsələlər də axırda bu yerə gəlib çıxdı.

İsrafil İsrafilov əslində YUĞ teatrının direktoru olmalı idi. YUĞ teatrı 30 ildə hansı işi görüb, hansı aktyoru tanıdıb? Mən şəxsən İsrafilovdan incimişəm: o, gərək bizim kollektivi sevəydi".

Xatırladaq ki, xalq artisti Bəsti Cəfərova Lent.az-a müsahibəsində Nurəddin Mehdixanlının Azdramada çirkin kampaniya apardığını iddia etmiş və həmkarı barəsində zəif ifaçılıq, rolları primitiv oynamaq da daxil olmaqla, çoxsaylı ağır ittihamlar səsləndirmişdi.

Tarix
2015.09.17 / 14:07
Müəllif
Nigar An
Digər xəbərlər

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla