Yuxarı

ODA teatrında yeni “Suriyalı” qalmaqalı – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
ODA teatrında yeni “Suriyalı” qalmaqalı – Foto

ODA Teatrında oktyabrın 2-si və 3-də nümayiş olunacaq yeni "Suriyalı" tamaşası birmənalı qarşılanmayıb.

Axar.az xəbər verir ki, tamaşanın afişası polemikaya səbəb olub.

Xalq artisti Ağaxan Salmanlı Fraqment.Az-a belə tamaşaların siyasi oyun olduğunu bildirib:

"Teatr həyatı əks etdirir. Bu səbəbdən həyat tam palitrası ilə səhnədə canlanmalıdır. Təbii ki, gey və lezbiyan – fərq etməz – belə obrazlar da yerini tapmalıdır, lakin, baxır məqsədə… Bu obrazlar hansı fikrə xidmət edir? İndi dünyanın bir çox, səhv eləmirəmsə, sayı 30 ölkəni keçib, ölkələrində eynicinsli nikaha icazə verilib, rəsmiləşib. Səbəb də insan artımının sürəti və ərzaq çatışmazlığı təhlükəsi göstərilir. Hərçənd insan azadlığı əsasında şərh olunur bu siyasi proqram. İnsanların seksual yaşantıları tarix boyu olub, bu hal heç yerdə bəyənilməyib. Dünyanın heç bir inkişaf etmiş yerində də nümunə göstərilməyib. O ki ola Şərq və müsəlman ölkələri. Məncə, homoseksuallığın təbliğ edilməsi siyasi məsələdir, bu gün gündəmdədir. Lakin bizlik deyil".

Gəncə Teatrının aktyoru, əməkdar Artist Novruz Cəfərov isə bu afişanı müsbət qarşıladığını deyib:

"ODA teatrına uğurlar arzulayıram və inanıram ki, yaxşı tamaşa olacaq… ODA teatrını internet vasitəsi ilə izləyirəm. Mənim Gəncədən qısa vaxta Bakıya gəlməyim heç cür alınmır. Bu tamaşanı görməmişəm. Anonsu görmüşəm, tamaşasız rəqsə qiymət vermək mümkün deyil".

Əməkdar artist, Musiqili Teatrın aktyoru Əzizağa Əzizov isə məsələyə münasibət bildirmək istəməyib:

"Mən adi aktyoram. Buna münasibət bildirmək üçün Mədəniyyət Nazirliyi var, Teatr Xadimləri İttifaqı var. Bizim teatrlarda belə şey olsa belə, mənim ixtiyarım yoxdur onu pisləyəm, ya da tərifləyəm. Özləri bilərlər. Lazım olsa, səlahiyyətli orqanlar tədbir görər".

Qeyd edək ki, ODA Teatrının yeni tamaşası olan "Suriyalı" bir homoseksualın timsalında Suriyada baş verənlər və qaçqınlıq yaşayanların acınacaqlı həyatını göstərir. Tamaşanın premyerası 2 və 3 oktyabr saat 19:00-da baş tutacaq. Bundan öncə teatrın "MimOda 18+" tamaşası da qalmaqla səbəb olmuş, sənət adamları tərəfindən birmənalı qarşılanmamışdı. Eyni hal "Suriyalı" tamaşası ətrafında da baş verib.

Tarix
2015.10.01 / 15:41
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

Bayramov Polşada mühüm konfransda iştirak etdi

Prezident bu ölkədəki səfirimizi geri çağırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla