Yuxarı

Vətən müharibəsində şəhadətə yüksələn müəllimlərimiz

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

44 günlük Vətən müharibəsində zəfərin qazanılmasında payı olanlar sırasında 700-dək təhsil işçisi var. Onların 20 nəfəri qəhrəmancasına şəhid olub.

Kult.az şəhadətə ucalmış müəllimlərimiz haqda məlumatları təqdim edir:

Vəliyev Vüqar Emin oğlu 22 oktyabr 1995-ci ildə Ağdam rayonunun Rzalar kəndində anadan olub. 2013-2017-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb. 2019-cu ildən isə Quzanlıda yerləşən Ağdam rayon 18 nömrəli köçkün tam orta məktəbinə idman müəllimi kimi işləyib. O, 2020-ci il oktyabrın 17-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində şəhid olub.

Famil Ağaəhməd oğlu Əhmədzadə 23 sentyabr 1975-ci ildə Bakı şəhəri Xətai rayonunda anadan olub. 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında politologiya ixtisasını fərqlənmə diplomu ilə bitirib. Famil Əhmədzadə 1997-ci ildən etibarən məzunu olduğu İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyində tarix müəllimi kimi fəaliyyətə başlayıb. Vətən müharibəsi başlayan gündən könüllü olaraq cəbhəyə yollanan F.Əhmədzadə oktyabrın 13-dən 14-nə keçən gecə Talış və Suqovuşanda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Rəşad Fərəməz oğlu Məmmədov 4 sentyabr 1989-cu ildə Gəncə şəhərində anadan olub. O, 2010-cu ildə Gəncə Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 2013-cü ildə isə Gədəbəy rayon Qoşabulaq kənd 1 saylı tam orta məktəbində tarix müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 8 noyabr 2020-ci ildə Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

Elvin Elsevər oğlu İmaməliyev 1989-cu il mayın 9-da Ağstafa rayonunun Qırılı kəndində anadan olub. 2006–2010-cu illərdə Azərbaycan Dillər Universitetində fransız dil müəllimliyi ixtisası üzrə ali təhsil alıb. 2012-ci ildə əmək fəaliyyətinə orta təhsil aldığı Ağstafa rayonunun Qırılı kənd tam orta məktəbində başlayıb. O, 2020-ci il noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub.

Ehtiram Həsən oğlu Hüseynli 1977-ci il aprelin 17-də Lənkəran şəhərində anadan olub. 1994-1998-ci illərdə ali təhsilini N. Tusi adına Azərbaycan Pedaqoji Universitetində alıb. Əmək fəaliyyətinə 2002-ci ildən Lənkəran şəhərində S. Kazımbəyov adına 6 nömrəli tam orta məktəbdə müəllim olaraq başlayıb. O, oktyabrın 21-də Qubadlı uğrunda gedən döyüşlər zamanı şəhid olub.

Qoşqar Səxavət oğlu Ömərov 9 fevral 1994-cü ildə Kürdəmir rayonunun Şilyan (Qarasu) kəndində anadan olub. 2011-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat-informatika fakültəsinə daxil olub. 2018-ci ildən isə Masazır kənd 5 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyətə başlayıb. Qoşqar Ömərov noyabrın 4-də Şuşanın Daşaltı kəndinin ətrafında gedən döyüşlərdə şəhadətə ucalıb.

Vidadi Vaqif oğlu İsrafilov 1987-ci il 8 iyunda Daşkəsən rayonun Gurbulaq kəndində anadan olub. 2005-2009-cu ildə Gəncə Dövlət Universitetinin riyaziyyat-informatika fakültəsində təhsil alıb. Ali təhsilini bitirəndən sonra təyinatla kəndinə öz kəndində müəllim olaraq çalışıb. O, 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.

Elxan Ariz oğlu Rzayev 1994-cü il avqustun 15-də Sabirabad rayonunun Qəzli kəndində anadan olub. O, noyabrın 1-də Qubadlı döyüşləri zamanı şəhid olub.

Xalid Qabil oğlu Nəciyev 1992-ci il iyulun 3-də Saatlı rayonunda anadan olub. 2009–2013-cü illərdə isə Gəncə Dövlət Universitetinin tarix-coğrafiya ixtisası üzrə ali təhsil alıb. 2017–2018-ci illərdə tarix və coğrafiya müəllimi olaraq çalışıb. X.Nəciyev noyabrın 5-də Laçında gedən döyüşlər zamanı Səfiyan istiqamətində şəhid olub.

Elgün Vasif oğlu Quliyev 1992-ci ilin 17 sentyabr tarixində Şamaxı rayonunun Göylər kəndində anadan olub. 2010–2014-cü illərdə Sumqayıt Dövlət Universitetinin Tarix müəllimliyi ixtisasını bitirib. 2020-ci ildə Lerik rayonunun Sors kəndində əmək fəaliyyətinə başlayıb. Noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub.

Tural Rəhimov 1993-cü il yanvarın 1-də Cəlilabad rayonunun Söyüdlü kəndində anadan olub. O, 2010-2014-cü illərdə Lənkəran Dövlət Universitetində "Kimya-biologiya" ixtisası üzrə ali təhsil alıb. 2016-cı ildən müəllim olaraq işləyib. Tural Rəhimov oktyabrın 22-də Qubadlı uğrunda döyüşlər zamanı şəhid olub.

Rəvan Ömür oğlu Lətifov 26 avqust 1991-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2008-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təhsilin təşkili və idarə olunması” ixtisasını bitirib. O, noyabrın 6-da Daşaltı-Şuşa istiqamətində qəhrəmancasına şəhid olub.

Əvdil Qardaşxan oğlu Quliyev 31 iyul 1972-ci ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub. O, 6 noyabr 2020-ci ildə Şuşakənd istiqamətində gedən döyüşlərdə şəhid olan zabit yoldaşına kömək etmək istəyərkən düşmən tərəfindən açılan snayper atəşi ilə şəhid olub.

Rabil Elbrus oğlu İsmayılov 1980-cı il fevralın 12-də Gəncə şəhərində anadan olub. O, noyabrın 3-də Xocavənd döyüşləri zamanı şəhid olub. 1997-2001-ci illərdə Bakı Dövlət Universitetində "Tətbiqi riyaziyyat" üzrə ali təhsil alıb. 2017-ci ildən M. Müşfiq adına 14 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi olaraq çalışırdı.

Emil Vaqif oğlu Qurbanov 1980-ci il avqustun 25-də Lənkəranda anadan olub. 1998-ci ildə Lənkəran Dövlət Universitetinin “Fiziki tərbiyə və gənclərin çağrışaqədərki hazırlığı” ixtisasını bitirib. Oktyabrın 29-da Qubadlının düşməndən azad olunması uğrunda döyüşdə şəhid olub.

Kənan Azər oğlu Müzəffərli 22 dekabr 1995-ci ildə Gədəbəy rayonun Çalburun kəndində anadan olub. 2013-cü ildə Sumqayıt Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə təhsil alıb. O, 27 oktyabr 2020-ci ildə Zəngilan uğrunda gedən döyüşlərdə şəhid olub.

Tarix
2022.10.05 / 14:45
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Trampın yeni planı: Nə Bakıya, nə də İrəvana sərf edir

ABŞ-ın Azərbaycanda yeni müvəqqəti işlər vəkili təyin olundu

Rusiya Baş Prokurorluğundan Azərbaycan açıqlaması

İngilis səfirdən Yekaterinburq hadisələrinə reaksiya

Tatar Şuşada Bayramov və Hacıyevlə görüşdü

Şahbaz Şərif Füzuliyə gəldi

Prezidentlər Xankəndidə tikiş fabrikində...

Mirziyayevin dövlət səfəri böyük əhəmiyyət kəsb edir

Əfqanıstanın baş nazirinin müavini Füzulidə

Japarov Moskvadan birbaşa Xankəndiyə gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla