Yuxarı

Zəngəzurda məhv edilən karvansaray - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki əsrdən çoxdur ki, ermənilər bizim torpaqlara sahiblənməklə qalmayıb, tarixi-mədəni abidələrimizi özünüküləşdirməyə cəhd edirlər. Lakin əllərindən bir iş gəlmir. Çünki abidələrin ornamenti, yazıları, memarlıq üslübu, Günəş çıxan, Ay çıxan tərəfə pəncərə və qapılarının qurulmasını silə bilməyən ermənilər ya oranı məhv edirlər, ya da nəzarətsiz qoyub dağılmağa şərait yaradırlar. Qərbi Azərbaycan ərazisinin tarixi, mədəni, dini, memarlıq abidələri ilə zəngin bir bölgənin – Zəngəzur mahalının Qarakilsə rayonu ərazisindəki eramızdan əvvəl II minilliyə aid Qoşundaş tikili qalıqlarını, Qaraqoyunlu dövlətində Çuxur-Səəd əmirlərinə aid Cəfərabad türbəsini, 8-ci İmam Rzanın nəvəsi Mir Davudun və Qara Vəli kəndində Seyid Əhmədin məqbərələri tamamilə “erməniləşdirilib”.

Kult.az xəbər verir ki, bu sözləri tarixçi alim, dosent Zaur Əliyev bildirib.

O qeyd edib ki, Qərbi Azərbaycan torpaqlarında elə abidələr var ki, ermənilər onu mənimsəyə, özününküləşdirə və ya dağıda bilməyiblər:

“Bugünün hətta erməni rəsmi sənədlərində “Səlim Karvansarayı” deyilən bir tarixi abidə durur və ermənilər onu məhv edə bilməyiblər deyə, diqqətsiz qoyublar ki, ora öz-özünə dağılıb yox olsun.

Dərələyəz mahalının Keşişkənd (1975-ci ildən Yeğeqnadzor) rayonu ərazisində Ələyəz dağının Səlim aşırımında, Ağkənd (1967-ci ildən Ağcanadzor) kəndinin yuxarısında XIV əsrə aid tarixi karvansara olan bu tarixi abidənin qapısı üzərində yazılıb: “Əbu Səid xan Bahadur — dünyanın sultanı, insanların padşahı, ərəblərin və ərəb olmayanların hökmdarı, bütün xalqların çarı — Allah onun hökmranlığını və sultanlığını əbədi etsin — vaxtında bina olundu. Xeyrat sahibi Çuşkyab ibn (oğlu) Ləvənd ibn …şah Nur ibn … 729-cu il tarixdə. h. 729 (1328)”.

Bu, yeddi cüt orta (5,3 m) və yan (3,05 m, 3,02 m) hissəyə bölünmüş, ölçüsü 13×26 m olan düzbucaqlı otaqdır. Zal üç səma pəncərəsi ilə işıqlandırılır. Uzunluğu 35.5 m, sahəsi 298 kv.m, 7 cüt hasarlı, orta və yan hissələrə bölünmüş üç nefli zalı, bir daş hovuzu var. Axur dirəklər arasında 64 at üçün tikilib. Sonda 2 kiçik qonaq otağı var. Zalın girişi zəngin şəkildə bəzədilib. Girişin hər iki tərəfində heyvanların, şərq hissəsində - öküzün, qərb hissəsində - ilan hücumuna məruz qalan insan sifətli və başında tac olan şir təsvirləri var. Bütün bu ornamentlər də türk-islam memarlığına məxsusdur. Qeyd edim ki, təkcə öküzə sitayiş bərəkət ideyası ilə də bağlı idi. Qobustanda, Abşeronun Düvəndi kahasında, Kəlbəcər dağlarının bazalt qayalarında və Naxçıvanda - Gəmiqayada öküz obrazlarının xüsusi yeri vardır. Bu heyvan təsvirlərinin yanında insan fiqurları həkk olunmuşdur. Kəlbəcər, Gəmiqaya və Abşeron və bütün ərazilərimizdə öküz ornamentləri təsvir edilir və dünya da qəbul edir ki, bu türklərə məxsdurur. Erməni memarlığında belə ornamentə rast gəlinməyib bu günə qədər.
Karvansarayı 1956-1959-cu illərdə ermənilər özününkülşədirmək üçün təmir edirlər. Abidənin içərisinə erməni dilində bir yazı da qoyulmuşdur.

Lakin yazıdakı mətnlə qapının üzərinə hörülmüş yazının mətni üst-üstə düşmür. Erməni dilində olan yazıda qeyd olunur ki, bu abidə 1332-ci ildə Orbelyan nəslindən olan Çesar tərəfindən tikilib. Lazar Universitetinin müəllimi Xr. İv. Kuçuk-İoannasov iddia edir ki “tatarlar” (yəni azərbaycanlılar) sonradan bu karvansaraya Səlim adı vermiş və ərəbcə yazını qapının üzərinə qoymuşlar.

Karvansarayın özəlləşdirilməsini V.M.Arutyuryanın 1984-cü ildə Ermənistanda nəşr etdirdiyi "Səlim" bukletində görürük. Arutyuryan iftixar hissi ilə yazır ki, karvansaray orta əsr milli erməni memarlığının görkəmli abidəsidir. Onun fikrincə, ərəbdilli kitabə ilə erməni kitabəsinin mətni eynidir. Əvvəla, kitabə ərəbcə deyil, ərəb qrafikası ilə fars dilində yazılmışdır və karvansaray binası tikilən zaman yazı qapının üzərinə hörülmüşdür.

Karvansarayın yerləşdiyi ərazidəki Ağkənd kəndində 1918-ci ilə qədər ancaq azərbaycanlılar yaşamışdır. Kəndə ilk ermənilər (rəsmi statistikaya görə 172 nəfər) 1923-1925-ci illərdə köçürülüb məskunlaşmışlar.

Lakin ermənilər bu tarixi həqiqəti inkar edirlər. Həmin ərazilərdə yaşayan azərbaycanlılar 1988-ci ildə zorla qovulduqdan sonra Ermənistan hökuməti Səlim karvansarayı ilə bağlı faktları tamamilə saxtalaşdıraraq, onu dünya ictimaiyyətinə erməni abidəsi kimi təqdim edir.

Ancaq abidəni gizlətməyə, silməyə, özünüküləşdirməyə nə qədər cəhd edilsə də, bizim əlimizdə ornamentlər, fotolar və yazıların surəti var. Buranın bizim olmasını sübut etmək isə bir vur birdir”.

Tarix
2023.06.07 / 22:16
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla