Yuxarı

Azərbaycan “Doha Ekspo 2023”də təmsil olunacaq

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan “Doha Ekspo 2023”də təmsil olunacaq

Azərbaycan Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Doha Ekspo 2023” Beynəlxalq Bağçılıq Sərgisində (International Horticultural Expo 2023 Doha) milli pavilyonla təmsil olunacaq.

Kult.az xəbər verir ki, oktyabrın 2-dən 2024-cü il martın 28-dək fəaliyyət göstərəcək “Doha Ekspo 2023” “Yaşıl səhra, daha yaxşı ətraf mühit” (“Green Desert, Better Environment”) mövzusunda təşkil ediləcək. Məqsəd davamlı innovasiyaları təşviq etmək və səhralaşma ilə mübarizə aparmaqdır.

Sərgidə 70-dən çox ölkə və 20-yə yaxın beynəlxalq təşkilat təmsil olunacaq. Ziyarətçilər ekspo çərçivəsində müasir kənd təsərrüfatı, texnologiya və innovasiyalar, ekoloji maarifləndirmə və davamlılıq mövzuları ilə tanış ola biləcəklər.

1,7 milyon kvadratmetr ərazisi olan tədbir məkanı Dohanın ən böyük parklarından biri Al Bidda parkında keçiriləcək. Burada ərazi 3 zonaya bölünəcək: pavilyonların təqdim ediləcəyi Beynəlxalq Zona, əyləncəli tədbirlərin keçiriləcəyi Ailəvi Zona və müxtəlif debatların, konfrans və sərgilərin təşkil olunacağı Mədəniyyət Zonası.

Beynəlxalq Sərgilər Bürosu və Bağçılıq İstehsalçıları Beynəlxalq Assosiasiyası arasında əməkdaşlıq çərçivəsində təşkil olunan “Doha Ekspo 2023” sərgisini 3 milyondan çox ziyarətçinin qəbul edəcəyi gözlənilir.

Xatırladaq ki, Azərbaycan “Pekin Ekspo 2019” Beynəlxalq Bağçılıq Sərgisində də milli pavilyonla təmsil olunmuşdu.

Tarix
2023.09.11 / 21:02
Müəllif
Kult.az
Digər xəbərlər

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla