Yuxarı

Sabir Rüstəmxanlının romanı Türkiyədə

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının "Difai fədailəri" sənədli ronamı Türkiyədə çap olunub.

Vətəndaş Həmrəyliyi Partiyasının mətbuat xidmətindən verilən məlumata görə, İQ Kültür Sənət Yayıncılığında dərc olunan romanı Türkiyə türkcəsinə İmdat Avşar uyğunlaşdırıb.

Xatırladaq ki, Sabir Rüstəmxanlının "Difai fədailəri" romanı ötən əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı apardıqları soyqırım və bu soyqırımın dəhşətləri, fiziki terrordan xilas olmaq üçün Əhməd bəy Ağoğlunun yaratdığı və Qafqazda kifayət qədər güclü tərəfdarları olan "Difai" hərəkatı ilə bağlı tarixi faktlar üzərində qurulub. Sənədli romanın yazılmasında Sankt-Peterburq və Tiflis arxivində saxlanılan tarixi sənədlərdən istifadə olunub. Roman 1905-ci ildən başlayaraq, Azərbaycan ziyalılarının xalqın hüquqlarını qorumaq üçün göstərdikləri fədakarlığı əks etdirir.

Romantik süjet ətrafında qurulan roman dövrün tarixi üçün mühüm əhəmiyyət kəsb edir.

Tarix
2014.02.01 / 14:55
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva Daşaltıdan bu fotonu paylaşdı

İlham Əliyevdən Heydər Əliyevlə bağlı paylaşım - Foto

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Hind şirkətləri Azərbaycana tur paketlərin satışını dayandırır

Moskvada paradda bu ölkələrin hərbçiləri iştirak etdi - Siyahı

İlk dəfə: Heydər Əliyev haqda məşhur film farsca – Video

Əliyev Moskvaya getmədi - Saakaşvili nələr yazdı?..

Rus və alman siyasətçilər Bakıda gizli görüş keçirdi

İlham Əliyev Xocalıda... - Foto

Putin azərbaycanlı polkovniklə salamlaşdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla