Yuxarı

Bağırov Vahidə nəyi qadağan etmişdi? - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün azərbaycanlı şair, qəzəlxan Əliağa Vahidin doğum günüdür.

Axar.az xatırladır ki, Əliağa Vahid 18 fevral 1895-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak edib və bu illərdə "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunub.

O, "Kommunist" qəzeti, "Molla Nəsrəddin" və "Kirpi" jurnalları ilə əməkdaşlıq edib. Şair "Kupletlər" (1924), "Mollaxana" (1938), "Döyüş qəzəlləri" (1943), "Qəzəllər" (1944) kitabları oxucuların marağına səbəb olub.

Xalq artisti Əlibaba Məmmədov mərhum şair Əliağa Vahid haqda maraqlı bir fakt açıqlayır:

"Bir dəfə Mircəfər Bağırov Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Vahid və başqa şairləri yığaraq Sovet İttifaqına qarşı çıxan Yaponiyanı kəskin pisləyən şeirlər yazmağı tapşırıb. Tapşırığı alan şairlər dağılışsa da, Vahid Bağırovun köməkçisinə yaxınlaşaraq elə orada bədahətən 2 bənd söyüşlərlə dolu Yaponiyaya aid şeir yazır. Bağırov çıxıb qəbul otağında onu görür və hiss edir ki, Vahid "bir balaca da boğazını yaşlayıb" gəlib. Vahid şeirini ona oxuyan kimi başını yelləyir və belə bir tapşırıq verir: "Buna 200 manat verin, şeir yazmasın, lazım deyil".

Qeyd edək ki, Əliağa Vahid 1 oktyabr 1965-ci ildə Bakıda vəfat edib.

Tarix
2016.02.18 / 15:14
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla