Yuxarı

Novruz nemətlərinin mistik mənaları

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az Novruz nemətlərinin mistik mənalarını təqdim edir.

Yumurta - Novruzun əsas simvollarından biridir və masada həmişə boyanmış formada olmalıdır. Çünki yumurtanın daxilində olan ağ maye nütfənin (insanın yenidən doğuluşu), sarı rəng irqin, yəni, fərqli yaradılışın, üst qabığı isə səma və kosmik tağın simvoludur. Tezliklə canlanmalı, dünyaya gəlməli olan təbiətin alleqoriyası kimi xarakterizə edilir.

Səməni - təzə yetişmiş buğda cücərtilərindən hazırlanan səməni yaşıllığın və təbiətin dirilməsinin simvoludur. Qədim zamanlarda səməninin yaxşı bitməsini ilin məhsuldar olacağına işarə hesab edirdilər. Əks halda isə qıt olacağına nişanədir.

Qovurğa - İlaxır çərşənbədə qovurmalıq buğdadan qovrulur. Qovurğa bərəkət simvolu kimi xarakterizə olunur. Zövqə görə qovurğaya küncüt, qoz, boranı tumu, düyü əlavə edilə bilər. Xonçaya eyni zamanda qoz, fındıq da qoyulur.

Çərəzlər - süfrəyə əlavə edilən müxtəlif növ çərəzlər isə enerji və gücün rəmzi kimi hesab edilir.

Paxlava - ulduz və odun simvolu kimi başa düşülür. Paxlavanın ortasına qoyulmuş fındıq dənəsi torpağa işarədir, torpaqdan yaranmanı ifadə edir. Ümumiyyətlə, Novruz şirniyyatları əcdadlarımızın astral təsəvvürləri ilə bağlıdır. Paxlava ulduz simvoludur və alimlərə görə rombu xatırladır. Romb həyat ağacının mərkəzi elementidir və ana bətninə işarədir. Mərkəzinə yerləşdirilən fındıq, qoz içi isə ana bətnində olan uşağa işarədir.

Şəkərbura - Ayın simvolu kimi qəbul edilib. Şəkərburanın kənarındakı və üzərindəki naxışları isə ayın şüalarını xatırlatdığı qeyd olunur.

Tarix
2024.03.21 / 11:54
Müəllif
Orxan Saffari
Şərhlər
Digər xəbərlər

Sülhün imzalanmasına tezliklə nail olmaq üçün... - Peskov

Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?

Aksiyaya qoşulan hərbçilər müraciət yaydı: Bağışlayın!

Erməni hərbçilər aksiyaçılara qoşuldu - Nikola qarşı qiyam?

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla