Yuxarı

Fizika üzrə Nobel mükafatçısı vəfat etdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən nüfuzlu fiziklərindən biri, sonradan onun adını daşıyan hissəciyi nəzəri olaraq qabaqcadan xəbər vermiş britaniyalı Piter Hiqqs 94 yaşında vəfat edib.

Kult.az Report-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Edinburq Universitetinin mətbuat xidməti məlumat yayıb.

Ali təhsil ocağı onun bir gün əvvəl, bazar ertəsi öldüyünü açıqlayıb.

Universitetin məlumatında qeyd edilib ki, parlaq alimin dünyagörüşü və təxəyyülü “ətrafımızdakı dünya haqqında biliklərimizi zənginləşdirib”.

Xatırladaq ki, 2013-cü ildə fizika sahəsində Nobel mükafatına “Hiqqs bozonu” nəzəriyyəsini irəli sürmüş elmi qrup təmsilçiləri olan britaniyalı Piter Hiqqs və belçikalı Fransua Enqler layiq görülüblər.

Bu alimlər 1960-cı illərdə maddədə kütlənin əmələ gəlmə mexanizmini izah edən nəzəriyyəni işləyib hazırlamışdılar. Həmin nəzəriyyə 2012-ci ildə aşkar olunmuş Hiqqs bozonu hissəciyinin mövcudluğu ehtimalına söykənib. Hiqqs bozonu ötən il İsveçrədə CERN elmi mərkəzində quraşdırılmış Böyük Adron Kollayderində aşkar edilib.

Tarix
2024.04.10 / 00:38
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Ermənistan Hindistandan bu ölkə üçün silah alır – Arkov

Bakının Kremlin təklifinə müsbət reaksiyası… - Rus ekspert

Paşinyan Türkiyə ilə sərhəddə... - Video

Bu, müharibənin başlamasına səbəb ola bilər - Zülfüqarov

Əliyev İrəvana dostluq əlini uzadıb: Nikol bunu anlamırsa...

Türkiyə MN-dən birlik paylaşımı - Foto

Ərdoğanın Əsədlə görüşünü şərtləndirən 3 səbəb

Həbsxanalarda etiraf almaq üçün süni edam həyata keçirilir

Kremlin təklifi: Bakıya Moskva platforması lazım deyil!

İrəvan-Bakı normallaşma prosesi üzrə danışıqlar...

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla