Yuxarı

“Ögey ana” filmi haqda maraqlı fakt - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Film təzə çıxanda mən nə aktyor, nə də peşəkar idim. Film mənə çox yaxşı təsir bağışlamışdı. Mövzu elə bil, həyatdan götürülüb.

Axar.az xəbər verir ki, bu sözləri xalq artisti Tariyel Qasımov "Filmin sonu" verilişində "Ögey ana" filmi haqda danışarkən deyib. O, filmdəki İsmayıl rolunun tarixçəsi haqda da maraqlı faktı açıqlayıb:

"İsmayıl rolunda çəkilmək üçün başqa bir uşaq da gətirmişdilər. O uşaq rejissor Həbib İsmayılovun qohumu idi. Amma siz rejissorun böyüklüyünə baxın ki, o, qohumunu yox, başqa bir uşağı – Ceyhun Mirzəyevi seçdi. Bax, rejissorun böyüklüyü ondadır ki, o, hər rola uyğun adamı seçib.

Oradakı rollara baxaq: Həqiqət Rzayeva qayınananı çox gözəl canlandırır. Ceyhun özü uşaq ola-ola professional bir aktyor kimi oynayır. Fateh Fətullayev, Ələsgər Ələkbərov, Nəcibə xanım özü... Yəni rejissor bu film üçün aktyor heyətini doğru seçib".

Qeyd edək ki, "Ögey ana" filminin rejissoru Həbib İsmayılovdur. Filmdə Nəcibə Məlikova (Dilarə), Ceyhun Mirzəyev (İsmayıl), Həqiqət Rzayeva (Qəmər) kimi sənətkarlarımız rol alıb.

Tarix
2016.03.02 / 09:21
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

MN hərbi xidmətə qəbulla bağlı mühüm məlumat yaydı

Xankəndidə tapılan maraqlı hədiyyə: 30 il öncə... - Video

Samir Şərifov Suriyaya gedir, Şara ilə görüşəcək

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” təqdim edildi

İlham Əliyev Bütün Rusiyanın Patriarxı ilə görüşdü

Niyə Bakı Qafqazın “Las-Veqas”ı olmasın? - Video

Netanyahunun Bakıya səfəri təxirə salındı - Təcili

Nazir dostunun oğluna vəzifə və ödül verdi - Qalmaqal

"Yaşıl kart" lotereyasının nəticələri açıqlandı

Pezeşkian “Traktor”un qələbəsini ailəsi ilə qeyd etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla