Yuxarı

Cek Sərçə - islamı və türklüyü qəbul edən məşhur quldur

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya kinosunun inciləri sırasına daxil olan “Karib dənizinin quldurları” film-seriyasına çoxumuz baxmışıq. Film ssenaristlər Ted Elliot və Terri Rossio tərəfindən yaradılıb, baş rol ifaçısı isə məşhur aktyor Conni Deppdir. Film o qədər populyar olub ki, dünyanın hər yerində bu personaj çox sevilib. Lakin çox az adam bilir ki, Kapitan Çek Sərçə kimi tanınan bu personajın pritotipi var və onu Avropada Yusif Rəis (Türk-müsəlman dənizçi) kimi də tanıyıblar.

“Türk-müsəlmana dönən xristian” olan Çek 1553-cü ildə İngiltərədə Kentin Faversham qəsəbəsində anadan olub. Gənc yaşlarında balıqçı olan Cek daha böyük iddialar uğrunda dəniz quldurlarına qoşulub. Buna səbəb İngiltərə-İspaniya arasında dəniz hakimiyyəti uğrunda mübarizə idi.

İngiltərə kraliçası I Elizabet İspaniya kralı II Filipin dəniz armadasına mane olacaq quldur gəmilərinin yaradılması qərarına gəlir və düşmən gəmilərini talamaq və qorxutmaq hüququ verən xüsusi lisenziya təsis edir. İspan gəmilərindən əldə edilən gəlirin yarısı kraliçaya çatırdı və bu “lisenziyalı dəniz quldurluğu” ispan-ingilis dostluq münasibəti qurulana qədər davam etdi. Dostluq qurulanda xüsusi lisenziyalar ləğv edildi və dəniz quldurları qanundankənar elan olundu. Lakin Cek və dəstəsi asan gəlir mənbəyindən əl çəkmək istəmirdi və onlar ispan gəmiləri ilə yanaşı, Avropanın digər gəmilərini də ələ keçirməyə başladılar və özlərinə kifayət qədər düşmən qazandılar.

Avropanın ona qarşı çıxmasın görən Cek 1606-cı ilin avqustunda Tunisin Osmanlı hakimi Qara Osman bəylə müqavilə bağlayır. Bu müqavilə əsasında da islam dinini qəbul edib, Osmanlı vətəndaşı olur və özünə güclü arxa əldə edir. İngilis kralından əfv istəsə də, buna yox cavabı alandan sonra türk pirat kimi bütün Avropanın qorxulu yuxusuna çevrilir. Şəxsi sərvəti 2 milyon funt-sterlinqə çatır.

1608-ci ildə Cek Sərçə Yusif Rəis olaraq onunla birlikdə olan ingilis və holland dəniz quldurlarına müsəlman olmağı təklif edir və onlar hamılıqla islamı qəbul edirlər. Onun adı “Kapitan Yusuf Asfur” kimi də mənbələrdə qeyd edilir (“Asfur” ərəbcə “sərçə” deməkdir).

Artıq onlar quldur və ya muzdlu dəniz döyüşçüsü deyil, “kafir xaçpərəstlərə hücum edən döyüşkən müsəlman türk dənizçilər” hesab olunurdular. Yusif Rəis elə həmin ildə islamı qəbul etmiş Yasəmən adlı siciliyalı bir qadınla evlənir.

Məşhur pirat 1612-ci ildə, 65 yaşında dəniz quldurluğunu tərk edərək gənclərə dəniz və artilleriya bacarıqlarını öyrətməyə başlayır. Ömrünün qalan hissəsini Tunisdə dəbdəbəli malikanəsində yaşayır və 70 yaşında, ehtimal edilir ki, vəba xəstəliyindən ölür.

Deyilənə görə, türk kimi geyinir, mətbəxi türk yeməkləri ilə zəngin olurdu. İçki içməz, vaxtında dini ibadətini edərdi.

Türk olduğunu hər zaman göstərmək məqsədilə sağ qulağına “Ay-ulduz” həkk edilmiş sırğa taxardı. Hətta filmdə belə rejissorlar bunu gizlətməmiş və açıq şəkildə səhnələşdirmişlər.

Cek Sərçənin hekayəsi 1612-ci ildə “Türk olmuş xristian” adlı pyes yazan ingilis dramaturq Robert Daborn sayəsində bu günə qədər gəlib çatmışdır.

Tarix
2024.07.17 / 07:00
Müəllif
Zaur Əliyev
Şərhlər
Digər xəbərlər

ABŞ və Çin COP29-u müzakirə etdi - Podesta

Tarixdə ilk dəfə COP bizim regionumuzda keçiriləcək

Prezident İtaliyada mühüm forumda çıxış etdi - Video

İranın Zəngəzurla bağlı məntiqsiz açıqlamaları: Nə baş verir?

AŞPA üzvlərinə qoyulan qadağa bu halda ləğv ediləcək

Ukrayna suverenliyi üçün uğursuz səylər göstərir

Əliyev açıqladı: Rusiya-Ukrayna münaqişəsinin həllində iştirak...

Bakı bunun yolunu yaxşı bilir - Orban

İlham Əliyevin İtaliya səfəri başa çatdı

Prezidentin onunla səmimi görüşü diqqət çəkdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla