Yuxarı

“Ulduz” jurnalının xüsusi buraxılışı Ankarada çap olundu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ulduz” jurnalının xüsusi buraxılışı Ankarada çap olundu

Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı olan “Ulduz” jurnalının xüsusi buraxılışı Türkiyənin Ankara şəhərində, “Gənc ürəklər” dərgisində oxuculara təqdim edilib.

Kult.az xəbər verir ki, “Gənc ürəklər” dərgisinin 14-cü (dekabr-yanvar-fevral 2025) nömrəsində “Ulduz” jurnalının təqdimatı ilə azərbaycanlı şair və yazarların əsərləri yer alıb.

“Ulduz” jurnalının baş redaktoru əməkdar jurnalist, şair Qulu Ağsəs bildirib ki, bundan əvvəl 2024-cü ilin sentyabr ayında “Gənc ürəklər” dərgisinin xüsusi buraxılışı “Ulduz” jurnalında çap olunub.

“Bir millət, iki dövlət” devizindən çıxış edərək yazıların Azərbaycan türkcəsinə uyğunlaşdırılmasına ehtiyac görmədik, necə göndərilmişdisə, elə də çap olundu.

İndi isə “Ulduz” jurnalının Ankaradakı xüsusi sayı çap edilib. Bu, hər birimiz üçün çox sevindirici haldır. Əsasən də ona görə ki, bu bir ilkdir. İlk dəfə Azərbaycan dərgisi Türkiyədə olduğu kimi çap edilir, eləcə də Türkiyədəki dərgi Azərbaycanda olduğu kimi yayımlanır. Bu yaradıcı əməkdaşlığımızın davamlı olmasını arzulayıram. İstərdim ki, ayrıca olaraq Azərbaycanın gənc yazarlarına həsr olunmuş xüsusi buraxılışı da Ankarada çap etdirək”, - deyə Q.Ağsəs əlavə edib.

Tarix
2025.01.22 / 14:08
Müəllif
Kult.az
Digər xəbərlər

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla