"Cəbhə xətti"
layihəsində
"Cəbhə xətti" layihəsinin bugünkü qonağı canlı əfsanə,
Azərbaycanın ən təcrübəli kapitan pilotlarından olan Kazım Abas
oğlu Amasovdur.
O, 1942-ci ildə Bakı şəhərində anadan olub. Montin qəsəbəsindəki
57 saylı orta məktəbi bitirib. 1962-ci ildə sualtı üzgüçülük üzrə
SSRİ çempionatında uğurla iştirak edib. 1962-ci ildə Ukraynada
Aviyasiya Akademiyasına daxil olan Kazım bəy eyni zamanda məşğul
olduğu idmanı da davam etdirib. Ukrayna birinciliyində qızıl
medalla təltif edilib. 1965–ci ildə təhsilini bitirib, Bakıya
qayıdaraq Zabrat aviyasiya şirkətində ikinci pilot olaraq işə
başlayıb.
Kazım bəy 1975-ci ildə Poletexniki İnistitutina daxil olub.
1982-ci ildə bu ali təhsil ocağını da bitirib. Qızıl medulla təltif
olunub. Hazırda Zabrat aviyasiya şirkətində işləyir. Evlidir, bir
övladı var. Onunla görüşüb, mənalı həyat yolu haqda danışmasını
xahiş etdik…
Ruslara dedim ki, bəs biz qırqovuluq?
- Qarabağla tanışlığım hələ Sovetlər dövrünə təsadüf edir.
1973-75–ci illərdə Azərbaycandan Ermənistana qaz boruları
çəkilirdi. Biz də helikopterlərlə bu işə cəlb olunmuşduq. Oralar
daglıq ərazi olduğu üçün qaz boruları helikopterlərlə daşınırdı.
Amma hardan bilərdik ki, biz bu namərdləri qazla təmin edirik,
onlar isə sonra bizim torpaqlarımızı işğal edəcək? İlk döyüş
uçuşumuz isə Ermənistan sərhədinə oldu. Güya biz onların qazını
kəsmişdik. Moskvadan nümayəndə heyəti gəlmişdi, nümayəndələri
apardıq və gördülər ki, bu xəbər yalandır. Ermənilərin növbəti
uydurması, bəhanəsidir. Biz ordan ayrılanda ermənilər bizi atəşə
tutdular. Lacına qayıtdıq. Bu söhbət böyüdü, bütün günahı da bizim
üstümüzə atdılar. Söhbət Mixail Qorboçov səviyyəsinə qədər qalxdı.
O da: "Bu nə səs-küydü salmısız", - dedi. Yenə də həmişəki kimi
bizi günahkar çıxardılar. Mən də dedim ki, bəs biz nə edək, bizi
vururlar axı? Ruslar dedi ki, onlar ovçular idi, bizə atmırdılar.
Cavab verdim ki, bəyəm biz qırqovul idik ki, onlar bizi
ovlasınlar?
Mal-qara oğruları və xarici kəşfiyyatçı
1989-cu ildə bizi Kəlbəcər komendantının xidmətinə göndərdilər.
Komendantla uçub əraziyə nəzarət edirdik. DİŞ-in rəisi gəldi ki,
Sevan tərəfdən iki maşın gəlib, bizim ordakı çobanları öldürüb,
mal-qara sürülərini qarət edirlər. Həmin dəqiqə 12 nəfər Xüsusi
təyinatlı əsgərlə həmin yerə uçduq. İki maşının gəldiyini gördük,
bunlar da bizi görən kimi döndülər Sevan tərəfə. Mənə dedilər ki,
bunların qabağını kəsə bilərik? Mən də "əlbəttə", - dedim, amma iki
desant tullansın paraşutla, onların qabağını kəsssin. Belə də oldu,
biz onların qabağını kəsəndə maşınılarını dərəyə sürdülər. Eləmədim
tənbəllik, endim dərəyə. Bilirsiz, belə bir qayda var: havada
olarkən kaptan pilot nə əmr edirsə, o da olmalıdır. Mən də əmr
etdim ki, hər bir məsafədən üç desant tullansın, onları mühasirəyə
alaq. Bir də baxdıq ki, iki karabinlə silahlanmış atlı üstümü
gəlir. Biz artıq yerə enmişdik. Başladılar bizi atəşə tutmağa.
Döyüş başladı. Məni vurmaq istədilər. Bir əsgərimizi yaraladılar.
Bu arada helikopterin ust bakı deşildi. Vəziyyət çox təhlükəli idi.
Helikopterimiz hər an partlaya bilərdi. Nə isə, onları vurub,
ikisini də əsir götürdük. İçlərində xarici ölkə vətəndaşı olan
saqqallı biri də vardı. O, əsir alınanda cibindən bir dərman
çıxardı, agzına tökmək istəyəndə tutduq, qoymadıq içsin. Bakın
deşilməsinə baxmayaraq, onları Kəlbəcərə çatdırdım.
Fransalı senat və erməni atəşi
Bir xatirə də var, unutmaq olmur. Goranboy rayonunun Todan
kəndində ermənilər bizimkiləri vururdular. Yaralıları ordan
çıxaranda Bayram adlı ikinci pilotumuz vardı, onu vurdular. Bizimlə
general Dadaş Rzayev, Cümşüd Nuriyev, Ramil Xosrovov getmişdi.
Ermənilər bizi raket atəşinə tutsalar da, imkan vermədim ki, hədəfə
dəysinlər.
Bir dəfə də Cəbhə hakimiyyəti dövründə Fransadan bir nəfər
nümayəndə gəldi ki, Laçına gedib müşahidə aparacam. Mən ona dedim
ki, yox vəziyyət ağırdır, bizi vururlar, ancaq Beyləqan rayonuna
gedə bilərk. Ordan sizi maşınla Laçına apararlar. Təbii ki, heç
kimə bir şey hiss etdirmədim, vəziyyət elə idi ki, satqınçılıq var
idi. Hər şeyi öncədən kimsəyə deməməli idim. Bu fransız da mənə
deyir ki, niyə qorxursuz ora getməkdən? Dedim, biz qorxmuruq, amma
bizi quş kimi ovlayırlar. Qayıtdı ki, bəs mən senatam, heç nə
olmaz. Dedim: "Cənab senat, erməni banditləri hardan bilsin ki, bu
vertaliyotda senat əyləşib?" Amma düşündüm ki, bunu Laçına mütləq
aparacam, qoy bu deməsin ki, biz azərbaycanlılar qorxağıq. Nə isə,
gəldik Beyləqana, orada yanacaq götürdük. Yenidən qalxdıq havaya,
Füzuliyə çatanda mənim bort-mexannikim dedi ki, bizi vuracaqlar,
hara gedirsən? Dedim, bizi vursalar da, kimsəyə izn vermərəm ki,
bizi qorxaq bilsin, Laçına uçuruq. Laçına yaxınlaşdıqda bizi iki
dəfə vurdular. Çatanda baxdım ki, helikopterin quyruq tərəfindən
iki yerdən vurublar. Senatı çağırıb göstərdim ki, baxın bizi
vurublar. O da təəssüfləndi. Onda ona dedim ki, biz tarix boyu belə
vurulmağa alışmışıq, buna da dözərik. O, gülümsədi və başını aşağı
saldı.
İki tərəf də atəş açdı
Bilirsiz, Qarabağın hər yerindən minlərlə yaralı daşımışıq. Bir
dəfə də Füzulidə idik. Yaralıları gözləyirik ki, onları yükləsinlər
helikopterə. Bir də baxdım ki, zirehli bir maşın bizə tərəf gəlir.
Bu yandan da bir qadın zil maşının üstündən qışqırır ki, ay haray,
qaçın, ermənilər gəlir. Əvvəl inanmasam da, bir də baxdım ki,
bizimkilər də, bunları bunlar da bizi qrad atəşinə tutdu. Qalmışıq
ortada, düşünürəm ki, mən vertaliyotu necə qaldırım ki, iki tərəfin
də atdığı qradlar bizi tutmasın. Bir təhər alçaq uçuşla çayların
üstüylə quş kimi ordan-burdan uçaraq yaralıları və özümüzü xilas
etdim. Heç kim buna inanmadı, hamı elə bilirdi ki, mənim
helikopterim vurulub.
1992-ci il də xəbər gəldi ki, Daxili Qoşunlara aid maşını aşıb,
15 nəfər yaralımız var. Onları ordan çıxarmaq lazım idi. Biz ora
çatanda artıq hava qaralmışdı. Ermənilər vururdular bu tərəfi.
Bütün yaralıları oturtdum, dedim, qalxırıq, amma işıqları
yandırmayacam, əgər bizi vursalar, hamı halalaşsın, yox, buranı
keçsək, qurtulacağıq. Bizi atəşə tutsalar da, dəqiq olmadılar.
Füzulini keçdikdən sonra işıqları yandırıb, mərkəzə əmrin yerinə
yetirilməsini məruzə etdim. İçəridə hamı "ura" deyə qışqırdı. O
sevinci yaşayanları görəndə bəlkə də 10 il cavanlaşdım. Bu, gözəl
duyğu idi.
Xoşbəxtəm ki, bu qədər insanı sağ-salamat mərkəzə çatdırmışdım.
Bir dəfə də camaatı Bakıya daşıyırdıq. 35 nəfəri mindirdim və
havaya qalxdım, qalxan kimi də bizi vurdular. Beş dəqiqəlik atışma
bizə saatlarla uzun gəldi. Yanımda bir gənc pilot vardı, özüm onu
ora aparırdım ki, çətinlikləri görsün, pilotluğu öyrənsin, vətənə
xidmətini uğurla etsin. Nə isə, bizim bu pilotu ayağnın altından
vurdular, arxadakı bir qadını da dizindən yaraladılar. Bu azmış
kimi, bir mərmi də sağ bakımıza dəydi. Yanğn olmasa da, tüstüləməyə
başladı. Helikopteri aşağı buraxdım, ermənilər bizim düşdüyümüzü
düşünsə də, mən onları aldadıb yenidən havaya qalxdım. Mərkəzə
vurulduğumuzu dedim, onlar da "Allaha əmanət olun, görün nə
edirsiz", - dedilər. Onsuz da onların edə biləcəyi heç nə yox idi.
Yevlax aeroportuna çatanda bir motorumuz da dayandı. Amma mən yenə
də ümidimi itirmədim. Uğurlu eniş etdim, xilas olduq. Amma
yaralanan o xanım xəstəxanaya çatmadı, dünyasını dəyişdi. Sonra
helikopterə minəndə gördüm ki, tikə-tikə ət parçaları var. Bu,
sadəcə, dəhşət idi.
Çox vaxt soruşurlar ki, bəs ailəli idiniz, çətin deyildimi
Qarabağa uçmaq? Bilirsiniz, biz ailəmizə bu haqada danışa
bilməzdik. Öncə vətən, sonra ailə. Günlərin bir günü bizim vurulma
kadrımızı Rusiyanın NTV kanalı verəcəkdi, mən evdəkilər bunu
görməsin deyə, dedim ki, gedin yatın. Getdilər yatmağa. Veriliş
başladı, adımız çəkiləndə qohum, dost, qardaş başladı bizə zəng
etməyə. Evdəkilər o biri otaqdan telefonu götürüb yoldaşıma
deyiblər ki, bəs belə şeylər göstərirlər, siz də baxırdınız? Kazım
salamatdı? Yoldaşım da deyib ki, vallah, Kazım bizi yatızdirıb, özü
o biri otaqda xəbərlərə baxır. O gün ailəm bilmişdi ki, ermənilər
bizi vurublar.
Son uçuşum isə 1994-cü ildə oldu. Mina təmizləyən əsgərləri
aparmışdıq. 1995-ci ildə isə tərxis olmuşam. Ancaq şəxsən sabah da
Qarabağa uçub, hər hansı bir xidməti yerinə yetirməyə hazıram. Bir
övladım var, Moskvada hüquqşünas kimi fəaliyyət göstərir. Döyüş
başlasa, Qarabağa gəlməyə söz verib.