Yuxarı

Niyə məhz bura Heydər şəhəri olmalıdır?!

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı maraqlı təkliflə çıxış edib. O, tarixi Azərbaycan torpağı olan və oktyabr ayının 9-u Müzəffər Ordumuz tərəfindən işğaldan azad edilən Hadrut qəsəbəsinin Ümumilli liderimiz Heydər Əliyevin adı ilə Heydər şəhəri adlandırılmasını təklif edib.

A.Camalqızı təklifini belə əsaslandırıb:

“Ona görə yox ki, Hadrut qəsəbəsi Heydər Əliyevin adına və miqyasına layiqdir – qətiyyən! Heydər Əliyevin adına layiq şəhər yoxdur! Amma Heydər Əliyev ideallarına layiq şəhər Hadrut ola bilər. Heydər Əliyevin adını daşıyacaq şəhərimiz də bu xalqa, bu millətə, bu Vətənə bir fərqli yöndən xidmət edəcək!”

Niyə məhz Hadrut?

Hadrut qəsəbəsinin adı 1939-cu ilədək Dizaq olub. 10 sentyabr 1939-cu ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə baş vermiş dəyişiklərdən biri də məhz həmin Dizaq qəsəbəsinin Hadrut adlandırılması olub. SSRİ rəhbərlərinin köçürmə və əhalinin etnik tərkibini dəyişmə siyasəti nəticəsində XX əsrin əvvələrindən etibarən qəsəbədə daha çox ermənilərin məskunlaşdırılması başlayıb. Tarixi faktlara əsasən Hadrut həm də ermənilərin Qarabağda kompakt halda məskunlaşdığı ilk yaşayış məskənlərindən biri sayılır.

Məhz bu səbəblərə görə ermənilər Hadrutu özlərinin nəinki “alınmaz qalası” hesab edirdi, hətta Azərbaycanın bu qəsəbəni azad etməyə cəhd edəcəyinə belə inanmırdı. Lakin Ali Baş Komandanımız İlham Əliyevin öndərliyində rəşadətli Azərbaycan Ordusu ermənilərin bütün reallıqlarını alt-üst etməyi bacardı.

Hadrutun həm də Vətən müharibəsinin 12-ci günü işğaldan azad edilməsi ermənilərə vurulan ən böyük mənəvi-psixoloji zərbə sayılır. Elə buna görə də Ermənistan MN və erməni mediası bu reallığı əhalidən gizlətmək üçün günlərlə çabaladı, hətta bu prosesə rus blogerdən tutmuş separatçı Peqova qədər, bir çoxları qatıldı. Semyon Peqov Qırmızı Xaç Komitəsinin maşınında Hadruta daxil olaraq, ordan çəkiliş aparıb, bu qəsəbənin işğalçı ordunun nəzarətində olduğu yalanını təbliğ etməyə də çalışdı.

Hadrut qəsəbəsinin yenidən işğal edilməsi ilə bağlı erməni ordusu çoxsaylı uğursuz cəhdlər də həyata keçirdi. Məqsəd aydın idi: ermənilər Hadrutun azad olunmasından ağır zərbə almışdılar və artıq müharibəni uduzduqlarını dərk edərək, böyük ruh düşkünlüyünə qapılmışdılar.

Əgər Şuşa şəhərinin işğaldan azad olunması Azərbaycan üçün qələbənin zirvəsi idisə, Hadrutun müharibənin ilk günlərində işğaldan azad edilməsi ermənilərin Qarabağda nəfəsini kəsməyə bərabər idi.

Hadrud həm də keçmiş, artıq tarixə qovuşan “Dağlıq Qarabağ”ın qapısıdır.

Digər tərəfdən, Qarabağ mahalı – böyük ərazimizi əhatə edir, tərkibində təxminən 14 rayonumuzu birləşdirir. Azərbaycanın ideoloji-siyasi şəhərinin bu mahalda salınması həm gələcək siyasi hədəflərimiz baxımından, həm də ideologiyamız sarıdan çox önəmlidir. Zəngəzur koridoru vasitəsilə yaranacaq Böyük Yolun yaxınlığında bir ideoloji-siyasi şəhərimizin mövcudluğuna ehtiyac var: Türk PA bura köçürülə bilər, Heydər Əliyev Fondunun böyük bir ofisi burada açıla bilər, ASAN Xidmətin ən böyük regional mərkəzi burada yerləşə bilər...

Bura sənaye şəhəri kimi nəzərdə tutulmur, bura yalnız füsunkar mənzərədə yerləşən, geniş otelləri, müxtəlif üslublarda tikilən villaları, kotejləri ilə möhtəşəm bir mərkəz rolunu oynaya, o mahalın bütün siyasi ağırlığını daşıya bilər.

Prezident iqamətgahlarından biri burada ola və mühüm görüşlər də bura salınarsa, daha xoş! Vaxtilə Naxçıvanda keçirilən Türk Sammiti bu şəhərdə yaxın gələcəkdə reallaşarsa, şəhərin siyasi-ictimai rolunu təsəvvür etmək çətin olmaz.

Xankəndi - əlbəttə, tarixi şəhərimizdir, ancaq biz 100-200 minlik Heydər şəhərinə ehtiyac duyuruq: bu şəhərdə Ümummilli liderə elə bir muzey tikilə bilər ki, dünyanın diqqətini çəkər və s.

Məhz Qarabağda, məhz bu həcmdə, məhz Hadrutun ərazisində Heydər şəhərini təsəvvür etmək Aynur Camalqızının təklifinin reallaşması üçün yetərlidir...

Tarix
2020.11.17 / 16:19
Müəllif
İsko Babazadə
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla