Axar.az
Yuxarı

Axar.Az Logo

Vətən uğrunda canından keçən "gülən oğlan" - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən müharibəsində mərdliklə döyüşən əsgərlərimizdən biri də 26 yaşlı Abiddir.

Axar.az xəbər verir ki, Abid Asif oğlu Məmmədov 4 aprel 1994-cü il tarixində Oğuz rayonunun Dəymədərə kəndində anadan olub. O, 2000-2011-ci illər ərzində Elbrus Həşimov adına Dəymədərə kənd orta məktəbində təhsil alıb.

Orta məktəbi uğurla bitirdikdən sonra hərbi xidmətə yollanıb, xidmətini layiqincə yerinə yetirərək, doğma kəndinə qayıdıb. Bundan sonra o, Oğuz Qarğıdalı Emalı və Qlükoza İstehsalı zavodunda operator olaraq işə başlayıb.

Müharibə başlayanda çağırışa ilk qoşulanlardan biri də Abid olub. O, Murovdağ istiqamətində gedən döyüşlərə qatılıb. Oktyabrın 1-də atdığı mərmi yarasından şəhidliyə yüksəlib.

Anası Rübabə xanımın sözlərinə görə, Abid çox təmiz ürəkli, tərbiyəli oğlan olub:

“Abid mənim ilk övladımdır. Mən analıq hissini Abid sayəsində dadmışm. Ondan başqa bir qızım var. Çox mehriban ailəmiz olub. Danışan, deyən, gülən... Heç vaxt nə ailə daxilində, nə də kiminləsə problemimiz olub. Abid də belə oğlan idi. Heç kimlə işi olmazdı. Çox ağıllı, tərbiyəli, mərd oğul idi. Hər adamla da ünsiyyət qurmazdı.

Müharibə başlamamışdan öncə təlimlər başladı və Abid sentyabrın 21-i öncə təlimlərə qoşuldu, sonra isə müharibəyə. Xidmət yoldaşları Abid barədə yalnız gözəl şeylər danışırlar. Birlikdə çox az müddət olsalar da, özünə böyük hörmət qazanmağı bacarıb.

Abid gülüşü ilə seçilərdi. Tanışları ona “çox gülən oğlan” deyə müraciət edirdilər. İndi nə gülüşü gəlir, nə səsi eşidilir...

Maşın həvəskarı idi. Avuqust ayında sürücülük vəsiqəsi aldı, sentyabrda müharibəyə getdi. Maşın almaq istəyirdi. Qismət olmadı.

2 ilə yaxındır ki, ailə qurmuşdu. Bir övladları var. Abid övladına həddən çox bağlı idi. Xidmət yoldaşı danışırdı ki, şəhid olduğu gün hamı yemək yeyəndə, Abid yeməyibmiş. Ondan niyə yemədiyini soruşanda, “Əli yadıma düşüb, yaman darıxmışam” deyib. Hər dəfə telefonla danışanda yoldaşına deyərdi ki, mən yaxşıyam, əsas oğlum üçün narahatam. İndi mən də, atası da yalnız onun bircə balası üçün yaşayırıq. Bundan sonra nə qədər ömrümüz var ona həsr edəcəyik.

Mən oğlumla sağ ikən də fəxr edirdim, indi də fəxr edirəm. Gec, ya tez, oğluma qovuşacam. Bəlkə də təsəllim yalnız budur".

Qeyd edək ki, A.Məmmədov ölümündən sonra Prezident İlham Əliyev tərəfindən "Cəsur döyüşçü", "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

Şəhidimiz oktyabrın 4-də doğulduğu Dəymədərə kənd qəbiristanlığında dəfn olunub.

Allah rəhmət eləsin!

Tarix
2021.01.23 / 10:53
Müəllif
Turanə Məmmədli
Şərhlər
Digər xəbərlər

Ev dustaqlığına buraxılan mayorun ilk sualı bu oldu

Bakıdan izi ilə: Ankara möcüzəsi Doktor Haberal kimdir?

Bu baş versə, bizimkilər onları elə mələdəcək ki... - General

Bizi çox ciddi təhlükələr gözləyə bilər - Namazov

Naxçıvan necə xilas edildi? – Atatürkün qızılla aldığı torpaq...

Xüsusi təyinatlı Beyrəyin qardaşı: 26-sı zəng etdi ki, başlayırıq...

XTQ-nin Füzuliyə hücum planı – Polkovnik detalları açıqladı

Xankəndiyə, Xocalıya yolumuzu bu cür aça bilərik - Professor

Çadırda doğuldu, döyüşüb aldığı yurdunda dəfn edildi - Foto

Xırdalandakı partlayışdan daha ağırı Xətaidə yaşana bilər

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla